banner
banner

İqtİsadİyyat

UNEC ikili diplom və mübadilə proqramlarını uğurla davam edir

UNEC ikili diplom və mübadilə proqramlarını uğurla davam edir

UNEC dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistr və MBA təhsili üzrə ikili diplom və mübadilə proqramları həyata keçirir.

Trend-in məlumatına görə, UNEC-də bakalavr pilləsi üzrə Montpellier Universiteti, magistr pilləsi üzrə Litvanın Mikolas Romeris Universiteti, MBA üzrə isə İsveçrənin UBİS (University of Business and International Studies) Universiteti ilə ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda UNEC London İqtisadiyyat Məktəbinin akademik dəstəyi ilə London Universitetinin beynəlxalq proqramlarına qoşulub. Proqramı müvəffəqiyyətlə bitirən tələbələr London Universitetinin və UNEC-in bakalavr diplomunu əldə edə bilir.

UNEC bu istiqamətdə digər nüfuzlu ali təhsil müəssisələri ilə də əməkdaşlığı genişləndirir. Belə ki, 2019/2020-ci tədris ilindən UNEC-də ABŞ-ın Linkoln Universiteti ilə bakalavr və MBA, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr, Türkiyənin Uludağ Universiteti ilə magistratura pilləsi üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Fransanın İCD Paris Biznes Məktəbi və Montpellier Universiteti ilə də MBA təhsili üzrə ikili diplom barədə razılaşmalar əldə olunub.

 

Hazırda isə UNEC-in 47 tələbəsi ikili diplom, Erasmus+, Mövlana proqramları və ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini Avropanın və Türkiyənin nüfuzlu universitetlərində davam etdirir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə proqramı və ikitərəfli əməkdaşlıq çərçivəsində 7 tələbə Almaniyanın Siegen Universiteti, 2 tələbə Fransanın Montpellier Universiteti və 4 tələbə Litvanın Mikolos Romeris Universitetində təhsil alır. Mövlana proqramı ilə isə UNEC-in 24 tələbəsi Türkiyənin Haccəttəpə, Uludağ, Sakarya, Qazi, Yıldız Teknik, Atatürk, Səlcuk və Mersin universitetlərində mübadilədə iştirak edir.

UNEC-in ikili diplom proqramlarına qoşulan tələbələrin sayı da ildən-ilə artmaqdadır. Hazırda UNEC-in 10 tələbəsi nüfuzlu Montpellier Universiteti ilə ikili diplom proqramı çərçivəsində Fransada təhsilini davam etdirir.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində UNEC-in 5 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu olub. İkili diplom proqramının ilk iştirakçılarına UNEC-in Məzun günündə Montpellier Universitetinin diplomu təqdim edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.