banner
banner

Sosİal

Şənbə gününə olan hava proqnozu açıqlanıb

Şənbə gününə olan hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.