banner
banner

Mədənİyyət

"Azərbaycan" jurnalının xüsusi buraxılışı işıq üzü görüb

| Xəbər 2952 dəfə oxunub
"Azərbaycan" jurnalının xüsusi buraxılışı işıq üzü görüb

"Azərbaycan" jurnalının xüsusi buraxılışı işıq üzü görüb. Trend-in məlumatına görə, jurnalın yeni sayında dramaturgiya rubrikasında Elçinin "Maarifçiliyin klassiki", Henri Fildinqin "Gizlincə atılmış məktublar...", Əli Əmirlinin “Gözəllik imperiyası”, İlqar Fəhmi "Şokolad market", Aydın Talıbzadənin "Alma" əsəri yer alıb.

Jurnal poeziyasevərlərə Rafail Tağizadə, Qəzənfər Məsimoğlu, Ruslan Dost Əli, Əziz Musa, Tahir Taisoğlu, Çinarə İsayeva, İlham Qazaxli, Təvəkkül Goruslu, İlham İnamın şeirlərini təqdim edir.

 

Jurnalda həmçinin Mənzər Niyarlı "Vətəndən vətənə" (povest), Vüsal Nuru - "İlda; qapılar quduranda", Vahid Məhərrəmov - "Köhnə televizor", Təyyar Salamoğlu - "Uçurum dərələr" hansı dərələrdir?", Samirə Məmmədli - "Səlim Rəfiq Rəfioğlu: ömür mətnindən fraqmentlər", Rəhilə Qeybullayeva - sözün bioqrafiyası semantikası prizmatik tərcümə nəzəriyyəsində: şərab, çaxır", Vaqif Yusifli - "Filoloji esselər", Qəşəm Nəcəfzadə - "Yaxşı şeir kiməsə və harasa göndərilir" yazıları dərc olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi