banner
banner

Gündəm

Telman İsmayılov gizli məqamlara toxundu: “Edama hazıram”

| Xəbər 2157 dəfə oxunub
Telman İsmayılov gizli məqamlara toxundu: “Edama hazıram”

Rusiyanın NTV telekanalı tanınmış iş adamı, azərbaycanlı biznesmen Telman İsmayılovdan müsahibə alıb.

BAKU.WS xəbər verir ki, kanalın məşhur "Yeni rus sensasiyaları” proqramında Telman İsmayılov maraqlı məqamlara toxunub.

Verilişin əvvəlində İsmayılovla bağlı gecə klublarında, otel və restoranlarda kriminal mühitin hökm sürdüyü göstərilib. Bildirilib ki, Telman İsmayılovun obyektlərində narkotik alveri baş alıb gedib.

Oliqarx bu və digər maraqlı məqamlara toxunub. Telman İsmayılov çıxışında bildirib ki, telekanalların kriminal xronikada nümayiş etdirdiyi "Çerkizov” bazarına heç bir aidiyyatı yoxdur.

“Sizin və digər kanallarda yayımlanan reportajlarda mənim adım hallanıb. Hansısa bazarı göstərib, mənim olduğunu bildirmisiz. Mənimlə əlaqəli heç bir obyektdə narkotik dövr etməyib. Hətta bizim obyektlərdə mühafizəçilər kimdəsə narkotik tapanda mükafat alırdılar”, - deyə Telman İsmayılov bildirib.

İş adamı onunla bağlı səslənən ittihamların əsassız olduğunu vurğulayıb:

“Qaçaqmal və digər məsələlərdə məni ittiham edirlər. Hanı sübut? Əgər belə ittihamlar varsa, faktlar varsa, mən ömürlük məhkumluğa, hətta edam cəzasına belə razıyam”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi