banner
banner

Cəmİyyət

Qadınlara qarşı zorakılıq halları artıb, amma...

Qadınlara qarşı zorakılıq halları artıb, amma...

2018-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov “Qadınlara və qızlara qarşı zorakılığa son!” 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, bu ilin ötən dövründə qeydə alınan cinayət faktlarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: “Məişət zəminində baş verən cinayətlər nəticəsində özünü öldürənlərin 112 nəfəri qadındır ki, onların da 11 nəfəri azyaşlı qızlardır”.

Qanunvericilik var, amma...

Azərbaycanda hələ də qadınlara qarşı zorakılıq halları mövcuddur. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılış konfransında belə deyib. Bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir. Mütəmadi sosial proqramlar və maarifləndirmə kampaniyaları aparılsa da, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb.

Azərbaycanda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verilib. “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi genış şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.

Kampaniya BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İctimai İnformasiya Departamenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi, Rasional İnkişaf uğrunda Qadınlar Assosiasiyası və Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının dəstəyi ilə həyata keçirilir.

Qadınlara qarşı zorakılıq onların yaxınlarından törədilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, dünyada qadınların 35%-i zorakılığa məruz qalır və zorakılıq halları əsasən qadınlara qarşı onların yaxınları tərəfindən törədilir. İctimai səhiyyə baxımından gələcəkdə böyük təhlükələrin yaranmasına səbəb olan qadınlara qarşı zorakılıqla ölkəmizdə mütəmadi olaraq mübarizə aparılır. Ümumən dünya ölkələri arasında qadınların zorlanması üzrə lider ölkə Hindistandır. 

Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan  dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.

Ä°lgili resim

Psixoloji araşdırmalar isə müəyyən edib ki, ümumən cinsi təcavüzün kökündə psixoloji problemlər dayanır. Zorlamaya məruz qalanlar əksər hallarda bu faktı gizlədir. Bu da gələcəkdə daha da ağır nəticələrə gətirib çıxarır.

Hətta evində, həyat yoldaşı tərəfindən təcavüzə uğrayan qadınlar da var ki, bu halların əsas psixoloji səbəbi cinsi səmimiliyin olmamasındadır. Araşdırmalara görə, cütlüklər arasında cinsi səmimiyyət olmayanda ailədə heç nə harmoniya yarada bilmir. Eyni zamanda bura sosial-maddi çətinlikləri, kənar müdaxilələri də əlavə etmək olar. Maddi problemlər qadını işləməyə vadar edir və beləcə ailədə əri ilə narazılıq yaranır. Ər evi tam təmin edə bilmədikdə daha da aqressivləşir, sanki öz qəzəbini ən yaxında olanlara tökür.

Bu şəxslər barədə məlumat bazası yaradılıb

Müasir zamanda məişət zorakılığı ilə mübarizədə gender bərabərliyi demokratik institutların səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biridir. Azərbaycanda məişət zorakılığı törətmiş şəxslər haqqında məlumat bazası yaradılıb ki, onlar da müvafiq tərbiyəvi, profilaktik işlər aparırlar. Zorakılıq qurbanlarına kömək məqsədilə qeyri-hökumət təşkilatları da daxil olmaqla müxtəlif kömək mərkəzləri yaradılıb.

Dünya bu halları bağışlamır - qanunlar sərtdir

Amma inkişaf etmiş dünya ölkələrində zorlama ilə bağlı bir-birindən fərqli cəzalar tətbiq olunur. Almaniyada cinsi cinayətlərlə bağlı qəbul edilən qanuna görə, qurbanın özünü aktiv şəkildə qoruya bilmədiyi bütün cinsi şiddət hadisələri təcavüz kimi qiymətləndirilir. Belə ki, qurbanın mimika və sözlü ifadə ilə cinsi aktı istəmədiyini bildirməsi cəzalandırmaya birbaşa əsas yaradır. Qurbanın “yox” deməsinə baxmayaraq, onun istəyi xaricində edilən cinsi aktın cəzası 5 ilə qədər həbs cəzası ilə müşayiət olunacaq.

Türkiyədə isə cinsi xarakterli sözlər də cinsi istismar kimi xarakterizə olunur. Amma Türkiyədə cinsi cinayət törətmiş şəxsin cəzalandırılması üçün buna məruz qalan şəxsin şikayətçi olması vacibdir. Cinsi istismara yol verən şəxs 2 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Amma fiziki təmasın gerçəkləşdiyi cinsi istismar cinayətləri 2 ildən 10 ilə qədər həbs cəzasına layiq görülür. Cinayətkarın cəzalandırılması üçün cəhdin cinsi münasibətlə nəticələnməsi vacib deyil. Məsələn, təcavüzə təşəbbüs və ya əllə toxunmaq cinsi hücum olaraq qəbul edilir. Təcavüz isə ayrı bir kateqoriyada qiymətləndirilir və onun cəzası 7 ildən 12 ilə qədər həbsdir.

kadına şiddet ile ilgili görsel sonucu

Fransa

Fransada cinsi cinayətlərlə bağlı Almaniyada qəbul ediən qanun layihəsinə bənzər bir düzənləmə var. Fransadakı qanunda təcavüzün miqyası geniş tutulur. Təhdid və ya “ani” cəhdlərlə cinsəlliyə zorlayıcı hərəkətlər təcavüz kateqoriyasında qiymətləndirilir. Bunun cəzası isə 20 ilə qədər həbslə yekunlaşır. Sözlə təkrarlanan cinsi istismarlar isə yüksək pul cəzaları və 2 ilə qədər həbs cəzasını özündə əks etdirir.

İtaliya

İtaliyada cinsi cinayətlərlə bağlı sərtləşdirilmiş qanunun qüvvəyə minməsinin üstündən xeyli vaxt keçib. 1996-cı ildəki qanuni  düzəlişlər qüvvəyə minənə qədər evlilikdəki cinsi zorakılıqlara göz yumulurdu. Amma 20 ildən artıqdır ki, evlilik içindəki cinsi zorakılıqlar da daxil olmaqla, digər zorlama xarakterli cinayətlər 10 ilə qədər həbslə yekunlaşdırılır.

İsveçrə

İsveçrədə isə cinsi münasibət xaricindəki bütün arzu edilməyən cinsi davranışlar “cinsi zorlama” olaraq adlandırılır. Amma nəzərdə tutulan cəzalar eynidir: 10 ilə qədər həbs. Hər iki  hadisənin gerçəkləşdiyini demək üçün də qurbanın müdafiə halında, cinayətkarın isə müqavimətə şüurlu şəkildə qarşı gəlməsi təsdiqlənməlidir. Psixoloji təzyiq də zorlayıcı hərəkətlər kimi xarakterizə olunur. İsveçrədə, ümumiyyətlə, 2004-cü ildən etibarən evlilik daxilində baş tutan təcavüzlər cəzalandırılır.

Ä°lgili resim

İsveç

İsveç qanunlarına görə, bədənin çılpaq şəkildə qoyulması 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Müdafiəsiz vəziyyətdə olan bir insandan  - sözügedən şəxs yuxuda və ya narkotikin təsiri altında olanda  - faydalanmaq təcavüz olaraq qiymətləndirilir. 2013-cü ildə dəyişdirilən bir qanunla qorxduğu üçün özünü qoruya bilməyən və ya uyumu pozmamaq təzyiqi altında qarşı-qarşıya gələn insanlara yönəlmiş cinsi aksiyalar da artıq təcavüz olaraq qiymətləndirilir.

ABŞ

ABŞ-da isə cinsi cinayətlərlə bağlı qanuni düzənləmələr ştatlara görə fərqlilik göstərir. Amma ştatlar arasındakı fərq böyükdür. Bəzi ştatlardakı qanunlar olduqca liberal özəlliklər daşıdığı halda, bəziləri xeyli konservativdir. Kaliforniyada 2014-cü ildən bəri qüvvədə olan qanunda “Bəli, bəli deməkdir” qanunu keçərlidir. Buna görə də hər iki partnyorun cinsi akt öncəsi “hə” deməsi, ən azından mimikaları ilə razılıq verməsi vacibdir. Ancaq bu qayda hər kəs üçün keçərli deyil. Sadəcə, dövlət universitetində təhsil alan şəxsləri əhatə edir. Çünki ABŞ-da xüsusən universitetlərdə cinsi cinayətlərin faizi diqqətçəkən şəkildə yüksəkdir.

kadına şiddet ile ilgili görsel sonucu

Amerikanın keçmiş prezidenti Barak Obama məhz bu mövzuda müəyyən çıxışlar etmişdi. Ağ Ev 2014-cü ilin sonunda məktəb yoldaşları tərəfindən cinsi zorlama ilə qarşı-qarşıya qalanların səssiz qalmaması üçün çağırış etmişdi.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında isə cinsi cinayətlər çox ağır cəzalara məruz qalır. Təcavüz cinayətinin cəzası edamdır. Amma cəzanın miqyası, təcavüz edənin evli və ya subay olmasına görə dəyişir. Evli kişilər sərt cəzalar alır. Amma Səudiyyə Ərəbistanında qurbanın təcavüz zamanı aktiv durumda olduğu təsdiqlənərsə, qurban da cəza ala bilər. Ərindən qeyri bir şəxslə görüşdüyü zaman təcavüz baş tutarsa, bu halda qadın da həbsə göndərilə və ya qamçı cəzası ala bilər. Bir çox ərəb ölkələrində təcavüz edən şəxs evli olduğu halda cəza ala bilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

1 saylı psixiatriya xəstəxanası ilə bağlı ŞOK FAKTLAR... - dəlixanadan qaçan Nazim nələri danışıdı...

Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasından yerli KİV-də çox yazılıb. Bu səhiyyə ocağı ilə bağlı neqativlər hər zaman nəinki xəstəxana rəhbərliyi tərəfindən, TƏBİB və səhiyyə nazirliyi tərəfindən belə təkzib olunub. Yəni yekunda mətbuat son söz kimi rəsmilərin dediklərini rəhbər tutmalı olub. Çünki qeyd olunan müəssisə qapalı olduğundan əlavə dəlil və sübutların toplanması mətbuatt üçün nəinki çətindir, hətta əksər hallarda imkansızdır.

Nazim Muradovun büdcə mənimsəməsi onu imkanlı şəxsə çevirib- FAKTLAR

Muradov Nazim Abusət oğlunun atası olduqca imkanlı şəxs olduğundan, səndemə o, öz savadına görə deyil, atasının "şot"una ali təhsil alır. Bu şəxs Masallı RİH-nin Güllütəpə ərazisi üzrə icra nümayəndəsi işlədiyi vaxtlarda, yüz hektarlarla paybəlli torpaq sahələrində qanunsuz evlərin və digər tikililərin salınmasına lazımi şərait yaradır. Daha sonra Nazim Muradov "qara yollar”la Masallı DSMF-nin rəis müavini vəzifəsinə sahib olmağı da bacarır.

"Mal-qarası olanları "fermer", arısı olanları isə "arıçı" kimi göstərirlər..." - Dövlət Məşğulluq Agentliyinə müraciət edən Şahbuz sakininə "sahibkar olduğu" deyildi...

Şahbuz rayonu, Gömür kənd sakini Mustafayev Aydın Mustafa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Dövlət Məşğulluq Agentliyindən ona əsassız olaraq "6 ildir kiçik sahibkarlıqla məşğul olduğu" bildirilib.

Qubanın yeni icra başçısının qalmaqallı keçmişi və bu günkü idarəçiliyi - FOTO

Ötən ilin sonlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Akif oğlu Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb. İlqar mahmudovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində ilginc məlumatlar ortaya çıxıb.