banner
banner

Krİmİnal

Bir ay ərzində 359 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb

Bir ay ərzində 359 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) noyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabatı açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, noyabr ayı ərzində agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Şəmkir, Tərtər, Tovuz, Qaradağ rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 508,013 kv.m (50.80 ha) ərazi yoxlanılıb, 341 ədəd PHS, 17 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi 359 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 531,572,550 kv.m ərazi təmizlənib, 800,951 ədəd PHS tapılaraq zərərsizləşdirilib.

Noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 10, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 8 və Rayon Polis şöbələrindən 2 müraciət daxil olub. Müraciətlər əsasında 12,630 kv.m ərazi təmizlənib, 176 ədəd PHS aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azərbaycanda məmur rüşvət alarkən TUTULDU

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.