banner
banner

Şou

Demet özündən çıxdı: "Kimin mülkünü qaçırtmışam?"

Demet özündən çıxdı: "Kimin mülkünü qaçırtmışam?"

Sentyabrda boşandıqdan sonra yenidən əri Okan Kurtla bir araya gələn Demet Akalın haqqında çıxan "Mülk qaçırtmaq üçün boşandı" sözlərinə cavab verib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Okanın ailə şirkətinə borcları ucbatından polislər gələndən sonra 6 illik evliliyini bitirən müğənni özündən çıxıb.

Demet ünvanına deyilənlərə "Hansı insan bu biabırçılığı özünə yaraşdırar? Mənim evimə niyə bank işçiləri gəldi bilirsiz? Ərimin qardaşı evimi ofis kimi müştəriyə göstərib. Bu hadisədən sonra kondisionerlərimi belə sökdülər. Evim su içində idi, niyə bunları yaşadım? Ərimə buna görə əsəbiyəm. Okan nəyi mənim adıma keçirib ki, mülk qaçırdım? İllərdir öz pulumu özüm qazanıram. Boğazımdan heç kimin loxması keçməyib. Mənim evlilik müqaviləm var" cavabını verib. 
Akalın əri ilə yenidən qızına görə barışdığını söyləyib:
"Qızım olmasa, o, bu qədər istəməsə, "ata-ata" deməsə Okanla bir araya gəlməzdim. Ona hələ də əsəbiyəm".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Dado ilə əl-ələ verib uşağımızı böyüdürük" - Natavan Həbibi

"Baxırsan ki, boşanıblar, amma necə gözəl münasibətləri var. Biz niyə etməyək? Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik".