banner
banner

Maraqlı

Bu ev heyvanları bizə xəstəlik keçirmir, ƏKSİNƏ, ONLARDAN QORUYUR

Bu ev heyvanları bizə xəstəlik keçirmir, ƏKSİNƏ, ONLARDAN QORUYUR

30 noyabr tarixi bir çox ölkələrdə Ümumdünya ev heyvanları günü kimi qeyd edilir. Bu günün qeyd edilməsi insanların ortaq yaşayış yerini və qidasını köməksiz canlılarla paylaşmasına diqqət çəkmək məqsədi daşıyır.

Ev heyvanlarını insanlar hələ qədim dövrlərdən əhilləşdirərək öz məqsədləri üçün, həmçinin də qida kimi istifadə etməyə başlayıb. Müasir zamanda da ev heyvanlarını ətindən, südündən, yunundan istifadə etmək üçün, bəzilərindən təsərrüfat işləri üçün saxlayırlar. Bəzi ev heyvanları isə sadəcə dekorativ olaraq bəslənilir.   

Dünyada heyvanlara sahib çıxılması üçün geniş kampaniyalar aparılsa da, ölkəmizdə bu işə isti yanaşılmır. Evdə heyvan saxlamaq çoxuna xəstəlik mənbəyi təsiri bağışlayır. Əsasən də kiçik uşaqları olan ailələr it, pişik kimi ev heyvanlarını evdə saxlamağın düzgün olmadığını vurğulayaraq hər hansı bir yoluxucu xəstəliyə və qurda yoluxmaqdan ehtiyat edirlər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, tibbdə ev heyvanlarının insana, əsasən də uşaqlara müalicəvi təsir göstərdiyi təsdiqlənib.

Ev heyvanları bir neçə yüz illərdir ki, insanları bir çox xəstəliklərdən müalicə edir, əvəzində isə sadəcə olaraq yatmağa yer və qida istəyirlər.

Heyvanların insana müalicəvi təsiri tibbə keçən əsrin 70-ci illərindən məlumdur.  
Əvvəllər yalnız İngiltərə xəstəxanalarında tətbiq edilən bu müalicə metodu daha sonralar bir çox ölkədə tətbiq edilməyə başlanılıb.

Medicina.az ev heyvanları vasitəsilə tətbiq edilən müalicə üsullarını təqdim edir:
 
1.Felinoterapiya - pişiklər vasitəsilə tətbiq edilən terapiya növü

Statistikaya görə,  evdə pişik saxlayan insanlar saxlamayanlarla müqayisədə 5 dəfə az həkimə gedirlər. Alimlər bildirirlər ki, pişiklər güclü biosahələri sayəsində insana müalicəvi təsir göstərərək daxili orqanların işini normaya salmaq qabiliyyətinə malikdirlər. Aparılan araşdırmalara görə, pişiklər nevroz, depressiya, ürək-damar xəstəlikləri, tənəffüs və həzm sisteminin patologiyaları, endokrin və cinsi xəstəliklər zamanı müalicəvi təsir göstərir. Bundan əlavə pişiyin xırıltısı insana səs terapiyası kimi müsbət təsir edir. Məlum olub ki, pişiyin xırıldaması sümük sınıqları, artrit, osteoxondroz, oynaq xəstəlikləri zamanı yaxşı təsir göstərir.
 
2. Kanisterapiya - itlər vasitəsilə tətbiq edilən terapiya növü

Psixoterapiyada müalicə məqsədilə tətbiq edilən heyvanların 95%-i itlərdir. Bu terapiya növü əsasən fiziki məhdudiyyətli şəxslərin reabilitasiyasında, qocalar evində, reabilitasiya mərkəzlərində daha uğurla tətbiq edilir.

İtlərlə həyata keçirilən oyunlar, xüsusi prosedurlar pasiyentlərin stressini azaldır, qan təzyiqini normallaşdırır, psixoloji vəziyyətlərini yaxşıya doğru dəyişir, həyəcanı aradan qaldırır. İybilmə qabiliyyətləri sayəsində itlər hətta diabet xəstələrinin qanında şəkər səviyyəsinin artıb-azalmasını da xəbər verə bilirlər.  
 
3. Hippoterapiya - at tərkində hərəkətlə tətbiq edilən terapiya növüdür

At çapmaq zamanı bir qrup əzələlərin tonusda qalmasına yardımçı olur. Həmçinin də  at belində gəzmək psixoterapevtik effekt verir.

4. Balıqlar - akvariumda üzən balıqları bir müddət müşahidə etmək insanı depressiyadan, əsəb sarsıntısından, o cümlədən də bir çox psixoloji problemlərdən azad edir. Bu terapiya üsulu həddən artıq aktiv insanların daha sakit və rahat olmalarını təmin edir.
 
5. Quşlar - quşların oxumasının terapevtik təsiri hələ Qədim Hindistanda müəyyən edilib və müalicə kimi tətbiq edilməyə başlayıb. Quşların oxumasını dinləmək sinir, ürək-damar sisteminə sakitləşdirici təsir göstərir.

6. Kiçik ev heyvanları - bir çox insanlar evdə dovşan, xamyak kimi bir sıra kiçik məməli heyvanlar saxlayırlar. Onlarla təmas insanı rahatlaşdırır, daha mülayim və mehriban edir. Həmçinin də bu heyvanları sığallayarkən yumşaq xəzləri sayəsində insanın əzələ sistemi rahatlayır, emosional gərginlik, həyəcan və aqresiya kimi hallar aradan qalxır.  

7. Reptililər - son zamanlarda tısbağa, buqələmun kimi reptililəri evdə saxlamaq dəb halını alıb. İnanılması çətin olsa da, reptililərlə ünsiyyətin insanın davranışlarında, sinir sisteminin işinin bərpasında, emosiyaların idarə olunmasında rolu böyükdür. Bundan əlavə bu heyvanlar epilepsiya, kəmağıllıq, xroniki pnevmaniya, neyrodermit xəstəliklərində də çox kömək olurlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.