banner
banner

Sağlamlıq

İnsana oxşayan bu bitki 25 yaşına çatanda alimləri belə heyrətə salır - Tərkibi o qədər zəngindir ki…

| Xəbər 2010 dəfə oxunub
İnsana oxşayan bu bitki 25 yaşına çatanda alimləri belə heyrətə salır - Tərkibi o qədər zəngindir ki…

Jenşen bitkisi Çənubi Şərqi Asiyada hələ bir neçə min il əvəldən məlumdur. İnanclara görə, onun insana bənzəyən kökü bir sıra mistik xüsusiyyətlərə malikdir. Jenşeni sağlamlıq və uzun ömür verən bitki kimi tanıyırlar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, jenşen bitkisi meşənin yarımqaranlıq, gündüşməyən yerlərində rast gəlinir. 

Jenşen bitkisində rast gəlinən maddələrin hələ hamısı alimlər tərəfindən kəşf olunmayıb.

Tərkibində olan maddələr aşağıdakılardır: 

1.150 növ saponin. Bu maddələr yalnız jenşen bitkisinin köklərində yaranır. İnsanın sinir siteminə və qan damarlarına müsbət təsir edir. 

2.B, C, H vitaminləri. Hətta bir damcı jenşen şirəsi orqanizmin bütün bu vitaminlərə olan günlük tələbatını təmin edə bilər. 

3.Mikroelementlər: kalium, kalsium, marqanes, dəmir, maqnezium. Bu maddələr anemiya və gücsüzlük zamanı köməyə gəlir. 

4.Аazot birləşmələri: amin turşuları, zülallar və s. Bu maddələr orqanizmin əsas hissəsini təşkil edir.

5.Efir yağları. İmmuniteti və dözümlülüyü artırır. 

 

6.Üzvi və yağ turşuları. Bu maddələr qocalma prosesini ləngidir. 

7.Karbohidratlar: saxaroza, fruktoza, qlükoza enerji mənbəyidir, orqanizmin maddələr mübadiləsini tənzmləyir.

Yalnız 25 yaşını tamam etmiş yabanı yetişən jenşen bitkisi özündə yuxarıda sadalanan  maddələri ehtiva edir.  

Jenşen kökü xüsusi işləmədən sonra uzun müddət öz xeyirli xüsusiyyətlərini saxlayır.

Apteklərdə jenşen bitkisindən hazırlanan dərman preparatları, xüsusi tabletlər, məlhəmlər satılır. 

Jenşen bitkisindən əsasən xroniki yorğunluq, anemiya, hipertoniya, diabet, ürək-damar, oynaq  xəstəlikləri və bir çox digər xəstəliklərdə istifadə edilir. 

Jenşen kökü çox xeyirlidir, ancaq onu bir dərman kimi istifadə etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi