banner
banner

Mədənİyyət

Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq

| Xəbər 2061 dəfə oxunub
Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq

Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq.

2018-ci ildə Azərbaycan kinosunun qızıl fondunu təşkil edən onlarla filmdə təkrarolunmaz ekran əsərləri, parlaq xarakterlər yaratmış Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 ili tamam olur.

 

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən Məmmədovun 80 illik yubileyinin qeyd olunması haqqında” sərəncamının icrasını təmin etmək üçün cari ilin dekabr ayının 6-da Həsən Məmmədovun doğulduğu Salyan rayonunda tanınmış kino simalarının, ailə üzvlərinin iştirakı ilə yubiley gecəsi keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi