banner
banner

Səhİyyə

Gəncədə tanınmış cərrah vəzifə başında ölüb

| Xəbər 2360 dəfə oxunub
Gəncədə tanınmış cərrah vəzifə başında ölüb

Gəncə şəhərində tanınmış cərrah xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın həkim-cərrahı, 61 yaşlı Adnan Xaliq oğlu İsmayılov bu gün dünyasını dəyişib.

O, işə getdikdən bir müddət sonra otağında qəflətən halı pisləşib. Dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A.İsmayılovun ürəyində yaranmış problem səbəbindən öldüyü bildirilir.

Qeyd edək ki, A.İsmayılov 20 ildən çoxdur həkim-cərrah kimi fəaliyyət göstərib. O, bir müddət Abbas Səhhət adına 1 saylı Xəstəxananın Cərrahiyyə şöbəsinin baş həkimi də işləyib. Ailəli olub və 2 övladı var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi