banner
banner

Şou

Xatirə ilə Məlahətin davası bitmir: “Bir tikə çörək pulu üçün namusu-şərəfi ilə...”

| Xəbər 2184 dəfə oxunub
Xatirə ilə Məlahətin davası bitmir:

Müğənni Xatirə İslam ilə əməkdar artist Məlahət Abbasovanın arasında yaşanan qalmaqal səngimək bilmir.

Musavat.com xəbər verir ki, Xatirənin “Siz tanımıram, ancaq süpürgəçi obrazında görmüşəm” deməsinə aktrisa sosial şəbəkədə münasibət bildirib: “Bir tikə çörək pulu üçün namusu-şərəfi ilə gecə-gündüz qarda, yağışda, istidə küçələri süpürən mənim qeyrətli ağbirçək analarım... Hamısının öz ayrı hekayəsi, öz ağrılı dərdi var. Amma bilirəm ki, heç bir ana kefindən bu işi seçməz. Süpürgəni tutan əllərinizdən öpürəm. Qarşınızda baş əyirəm. Namusunuzla, şərəfinizlə əlinizə süpürgə aldığınız üçün sizdən utananlar, o ağ saçlarınıza baxıb, utansınlar. Kaş ki, sizin həyatınızla bağlı bir ssenari yaza biləydim, baş rolda da özüm oynayardım”.

X.İslamın isə əməkdar artistə cavabı gecikməyib. O, “İnstagram” səhifəsində video açıqlama yayıb: “Götürüb süpürgəçilərin şəklini düzürsüz və altdan yazırsınız ki, namusu ilə pul qazanan süpürgəçilərin qarşısında baş əyirəm. Başa salın görüm, bu məsələnin süpürgəçilərə nə aidiyyatı var? Onların şəklini qoyub özünüzə xal qazanırsınız? Siz ağzınızdan səhv buraxmısınız və cavabını da almısınız. Belə şeylər etmək lazım deyil. Şəhid analarının, əsgərlərin, xəstə uşaqların yanında hörmət qazanmaq lazımdır. Süpürgəçilərə, imkansızlara hörmət eləmək lazımdır, yoxsa yalanda şəkil qoymaq lazım deyil”.

Qeyd edək ki, cütlük arasında qalmaqal Abbasovanın Xatirənin "Kelebek"dəki geyimini tənqid etməsindən sonra başlayıb. 

Qeyd edək ki, Abbasova “Altın kelebek” gecəsinə qara qısa, tüllə bəzədilən paltar geyinən Xatirə tənqid edib:“Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı”.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi