banner
banner

Gündəm

Surqut hava limanına həmyerlimiz Fərman Salmanovun adı veriləcək

| Xəbər 1556 dəfə oxunub
Surqut hava limanına həmyerlimiz Fərman Salmanovun adı veriləcək

Rusiyanın Surqut şəhərinin hava limanı görkəmli Azərbaycan neftçisi Fərman Salmanovun adını daşıyacaq.

Trend-in məlumatına görə, bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub. Səsvermənin nəticələri "Rossiya 1" telekanalında elan olunub.

Həmçinin qeyd olunur ki, Moskvanın Şeremetyevo aeroportuna Aleksandr Puşkinin, Domodedovo aeroportuna isə Mixail Lomonosovun adı veriləcək.

 

Rusiyanın daha 5 şəhərində səsvermənin ikinci turu keçiriləcək.

Qeyd edək ki, səsvermədə 50 regiondan 5 milyona yaxın insan iştirak edib. Səsvermə 11 oktyabr - 30 noyabr tarixlərində keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi