Nazir: Büdcə xərclərinin 40 faizdən çoxu konkret proqramlar üzərində qurulub
Dövlət büdcəsinin xərclərinin 40 faizdən çoxu konkret proqramlar üzərində qurulub.
Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “AZTV” telekanalının efirində deyib.
“Xərclərin proqramlar üzərində qurulmasi bizə, ilk növbədə, vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir. Büdcə xərcləri nə qədər çox proqramlar üzərində qurulsa, o qədər də bizim büdcə nəticəyə hədəflənmiş olar”, deyə nazir bildirib.
Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.
Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.