banner
banner

Dünya

Qaşıqçının öldürülmə səbəbi bilindi: gizli təşkilat və mesajlar

Qaşıqçının öldürülmə səbəbi bilindi: gizli təşkilat və mesajlar

Jurnalist Camal Qaşıqçının yoxa çıxmasından - öldürülməsindən - iki ay ötsə də, onun barəsində az qala hər gün yeni məlumatlar ortaya çıxır. Ən son olaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsi və bu hadisədə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın əlinin olması ilə bağlı məlumat yayıb.

Maraqlıdır ki, vəliəhd özü də Argentina paytaxtında keçirilən G-20 sammitində iştirak edib, ölkəsini təmsil edib. Ancaq sammitin gedişində dünya liderləri vəliəhdi o qədər də sıxışdırmayıb. Belə ki, sammitin gedişində Kanada baş naziri Castin Tradeu Qaşıqçı sui-qəsdini gündəmə gətirib. Ancaq vəliəhd-şahzadə bildirib ki, “cinayət özü sübuta yetmədikcə kimsə ittiham oluna bilməz”.

Maraqlıdır ki, sammitdə moderator bu hadisə ilə əsas əlaqəsi olan və cinayətin baş verdiyi ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana danışmaq üçün söz verməyib. Argentinadan geri dönərkən mətbuata açıqlama verən Ərdoğan deyib ki, BMT-ni prosesə cəlb edə bilərlər. Ərdoğan deyib ki, cinayət işində 22 nəfər iştirak edib və bütün bilgilər bu 22 nəfərdədir. O, dolayısı ilə Səudiyyə Ərəbistanı hakimiyyətini istintaqa yardım etməməkdə ittiham edib. Eyni zamanda bir daha qeyd edib ki, Qaşıqçının öldürülməsi anının səs yazılarını Ərəbistan rəsmilərinə də dinlədiblər.

Kaşıkçı ile ilgili görsel sonucu

Bu arada Camal Qaşıqçının yaxın dostu Ömər Əbdüləziz CNN telekanalına jurnalistlə bağlı maraqlı məlumatlar açıqlayıb. Əbdüləziz deyib ki, Qaşıqçı ölümündən əvvəl Səudiyyə Ərəbistanı hakimiyyətinə qarşı sosial mediada gənclik hərəkatı yaratmağı planlayıb. Qeyd edək ki, Ömər Əbdüləziz Səudiyyə Ərəbistanında doğulub və hazırda Kanadada yaşayır. Krallıq əleyhinə fəaliyyət göstərən Ömər Əbdüləziz deyib ki, Qaşıqçı bu il avqustun 27-də ona yazdığı “WhatsApp” mesajlarında qurmaq istədiyi “gənclik hərəkatı” ilə bağlı planlarından danışıb. Əbdüləziz deyib ki, Qaşıqçı xarici ölkə sim kartından istifadə edərək gizli hesablardan Səudiyyə Ərəbistanı hakimiyyəti əleyhinə mesajlar yayıb.

Əbdüləziz onu da etiraf edib ki, krallıq əleyhinə yeganə mübarizə vasitəsi sosial şəbəkələr olub. Buradan gizli hesablar vasitəsilə Krallığın fəaliyyətini tənqid edən mesajlar, yazılar yayıblar. Hətta etiraf edib ki, buna görə bir neçə dəfə təhdid olunub, hücuma məruz qalıb və təhqir olunublar. Bu səbəbdən də “bir işlər etməyə” çalışıblar.

Kaşıkçı whatsapp ile ilgili görsel sonucu

Əbdüləziz deyib ki, artıq avqust ayında yazışmalarının izlənildiyindən şübhələnib. İki ay sonra isə Qaşıqçı yoxa çıxıb və öldürülüb. O, qeyd edib ki, telefonunun kodunun sındırılması Camal Qaşıqçının ölümü ilə əlaqədar ola bilər. Sitat:“Telefonumun ələ keçirilməsi Camala qarşı olanlarla bağlı həlledici rol oynayıb. Bunu dediyim üçün çox peşmanam. Bu günahkarlıq hissi məni öldürür”.

Ömər Əbdüləziz deyib ki, ötən həftə Toronto Universitetinin “Citizen Lab” adlı laboratoriyası onun telefonunun şifrəsinin sındırıldığını aşkarlayıb. Yalnız bundan sonra o, danışmağa qərar verib. O, həmçinin qeyd edib ki, telefonların parolunu sındıran proqram İsrailin NSO adlı firması tərəfindən istehsal olunub və Səudiyyə Ərəbistanına verilib. Artıq Ö.Əbdüləziz həmin firmaya qarşı məhkəmə iddiası qaldırıb.

Ömər Əbdüləziz Qaşıqçının vəliəhd-şahzadənin ölkədə siyasi fəalları həbs etməsini tənqid etdiyini, hətta bir gün ona dəstək verən adamların da vəliəhdin əlindən cəza alacağına inandığını deyib. O da məlum olub ki, Səudiyyə Ərəbistan hakimiyyətinin təmsilçiləri bu ilin mayında Kanadaya gələrək Ömər Əbdüləzizlə görüşüblər. Bu adamlar Əbdüləzizə bəzi vədlər verərək onu vəliəhdlə görüşdürə biləcəklərini bildirib və daha sonra Səudiyyə Ərəbistanının Kanadadakı səfirliyinə dəvət ediblər. Ancaq Camal Qaşıqçının tövsiyəsi ilə Əbdüləziz səfirliyə getməkdən imtina edib. Eyni zamanda o etiraf edib ki, Səudiyyə Ərəbistanında baş verən korrupsiya və rüşvətxorluq haqda bilsələr də, yazıb ictimailəşdirə bilməyiblər.

Kaşıkçı whatsapp ile ilgili görsel sonucu

Qaşıqçı işində əsas tərəflərdən biri olan ABŞ-da da ciddi siyasi çat yaranıb. ABŞ prezidenti administrasiyası başda prezident Tramp olmaqla, vəliəhd-şahzadəni müdafiə etsələr də, Konqresdə vəziyyət fərqlidir. Konqresmenlər hökumətə Qaşıqçı işi ilə bağlı günü-gündən təzyiqi artırırlar. Ötən həftə dövlət katibi Pompeo və müdafiə naziri Ceyms Mattis Senatda keçirilən qapalı dinləmələrdə ifadə verib. Ancaq gözlənildiyinin əksinə olaraq Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel dinləmələrə qatılmayıb və bu, sərt etirazla müşayiət olunub. İndi isə gözlənilir ki, yaxın günlərdə Haspel də senatorlar qarşısında ifadə verəcək. Hətta Haspelin ifadə verməyə Ağ Evin tələbi ilə getmədiyi iddia olunsa da, sonradan MKİ bu iddiaları təkzib etmişdi.

Məsələ ondadır ki, MKİ-nin son açıqlamasında Qaşıqçı cinayətinin sifarişinin vəliəhd tərəfindən verildiyi ehtimal edilirdi. Bu isə Ağ Evlə kəşfiyyat orqanı arasında fikir ayrılığı olduğunu göstərir. Maraqlıdır ki, Pompeo və Mattis də Senatda keçirilən dinləmələrdə Qaşıqçının ölüm əmrinin verilməsi ilə bağlı əllərində “qəti sübutların” olmadığını bildirmişdilər. Ancaq MKİ-nin dərhal sonra yayılan rəyi bunun əksini göstərir. Haspelin bəlkə bu səbəbdən dinləmələrə getmədiyi və ya getməsinə icazə verilmədiyi ehtimal oluna bilər. İndi isə artıq senatorlar Haspeli dinləmələrə çağırıblar.

Ekspertlərə görə, Pompeo və Mattisin senatorlardan Səudiyyə Ərəbistanı ilə əlaqələrini məhdudlaşdırmamağı istəmələri hərbi və geopolitik sahədə ABŞ-Ərəbistan əlaqələrinə olan ehtiyacla izah olunur. Ancaq MKİ-nin ən azı bu qədər ehtiyacı yoxdur, üstəlik, qurum ittihamların məsuliyyətini üzərinə almaq istəmir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hücumun arxasında hansı ölkə dayanır? - Əsas versiya

Hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.

Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

Cia.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat" partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün 150 min vətəndaşın imzasını toplayıb.

Türkiyə 34 ölkəyə "Bayraktar" göndərir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Maldiv adalarına 6 ədəd "Bayraktar TB2" hərbi dronu tədarük edəcək. Bununla da "Bayraktar" sayca 34-cü ölkəyə ixrac ediləcək.

Gürcüstan müxalifətinin iki əsas lideri birləşir

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.