banner
banner

Gündəm

Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib

| Xəbər 1270 dəfə oxunub
Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş idarəsinin rəisi general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Amerika Bİrləşmiş Ştatları Müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli “İkitərəfli Hərbi Məsləhətləşmələr” keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan-ABŞ hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik, hərbi təhsil, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasına verdiyi töhfə və digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

L.Kuper Əfqanıstanda keçirilən “Qətiyyətli Dəstək” missiyasında sülhməramlılarımızın nümunəvi xidmətini xüsusi qeyd edib.
Regiondakı vəziyyət haqqında qonaqlara ətraflı məlumat verilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasının vacibliyi vurğulanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi