banner
banner

Dünya

Ermənistanda növbədənkənar parlament seçkilərindən gözləntilər - TƏHLİL

Ermənistanda növbədənkənar parlament seçkilərindən gözləntilər - TƏHLİL

Hazırda Ermənistanda növbədənkənar parlament seçkilərindən əvvəl ictimai-siyasi vəziyyət olduqca gərgindir. Bunu Trend-ə analitik Ehtiram Aşırlı deyib.

O xatırladıb ki, Ermənistanda növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiya və bloklar noyabrın 14-də Mərkəzi Seçki Komissiyasına namizədlərinin qeydə alınması üçün müraciət ediblər. Ümumilikdə seçkidə "Mənim addımım" və "Biz" blokları, Çiçəklənən Ermənistan, Respublika, Daşnaksütyun, İşıqlı Ermənistan, Xristian Demokratik İnkişaf, Vətəndaşın Seçimi - Sosial Demokratik, Orinats Yerkir, Milli İnkişaf və Sasna Tsrer partiyaları iştirak edəcəklər:

"Nikol Paşinyan seçkiyə hazırkı "Çıxış" blokunda olan müttəfiqləri ilə birgə getmir. Bu blok artıq tam parçalanıb. Blokun tərkibində olan Vətəndaş Müqaviləsi Partiyasının iştirakı ilə "Mənim addımım" blokunu yaradıb. Hesab edirəm ki, Paşinyanın bloku bu seçkilərdə digər siyasi partiya və bloklardan güclüdür. Əslində, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində nəticələrin indidən bəlli olduğunu demək olar. Əsas məsələ parlamentə hansı siyasi partiya və blokların daxil olacağıdır".

Analitik bildirib ki, Aram Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası əvvəlcə İşıqlı Ermənistan Partiyası ilə birlik yaratmağa çalışsa da, uğur qazanmadı. Nəticədə partiya Azad Demokratlar Partiyası ilə birgə "Biz" blokunu təsis etdi: "Qeyd edim ki, Aram Sarkisyanın, Edmon Marukyanın və Nikol Paşinyanın rəhbərlik etdiyi partiyalar birləşib "Çıxış" bloku yaratmaqla ilk parlament seçkilərində 7,74% səslə parlamentdə təmsil olunma şansı əldə etmişdilər. Lakin sonradan Paşinyanın öz blokunu yaratması "Çıxış" blokunun parçalanmasına gətirib çxardı. Bu seçkilərdə "Biz" blokunun tərkibini formalaşdıran partiyaların səs faizləri olduqca aşağıdır. Məsələn, Azad Demokratlar Partiyası ilk seçkilərdə 0,56% səs toplaya bilmişdi. Aram Sarkisyanın partiyasının səs faizlərinin yüksək olmadığını nəzərə alsaq, "Biz" blokunun parlamentdə təmsil olunma şansı olduqca aşağıdır, demək olar ki, heç yoxdur".

E.Aşırlı qeyd edib ki, özünü daha iddialı siyasətçi kimi təqdim etməyə çalışan Edmon Marukyanın rəhbərlik etdiyi İşıqlı Ermənistan Partiyası isə seçkiyə təkbaşına qoşulub: "Marukyan əsasən Rusiyaya qarşı bəyanatları ilə seçilir. Hazırda aktiv seçki kampaniyası reallaşdırdığını ifadə edə bilərik. Həmçinin "Çıxış" blokunun aparıcı rəhbəri olduğunu nəzərə alsaq, son seçkilərdə müəyyən səs toplasa da, parlamentdə təmsil olunma şansının aşağı olduğu görülür".

 

O deyib ki, budəfəki seçkiyə qatılan Orinats Yerkir “məxməri inqilab” zamanı N.Paşinyana ilk dəstək verən partiyalardan biri olduğuna görə seçkidə uğur qazanacağına ümid edir: "Lakin partiyanın rəhbəri Zaruhi Postancyanın son vaxtlar Paşinyan əleyhinə bəyanatlar səsləndirməyə başlaması onun partiyasının parlamentdə təmsil olunma şanslarını azaldır. Bu baxımdan hesab edirəm ki, Orinats Yerkir Partiyasının parlamentdə təmsil olulma şansları olduqca aşağıdır".

Analitikin sözlərinə görə, Daşnaksütyun Partiyası isə ənənəvi qatı millətçi siyasi görüşləri ilə tanınırlar. Son parlament seçkilərində 6,57% səs toplayan partiyanın qarşıdakı seçkilərdə parlamentdə təmsil olunma şansı var. Belə ki, bu seçkilərdə də təqribən elə bu qədər səs yığması mümkündür:

"Çiçəklənən Ermənistan Partiyasının lideri iş adamı Qaqik Tsarukyandır. Partiya 2004-cü ildə yaradılıb, siyasi və maliyyə potensialını əhəmiyyətli dərəcədə qoruyub saxlaya bilib. Xüsusilə, Tsarukyan seçki kampaniyasında fəallıq göstərir və əsasən toxunduğu məsələ turizm sektorunun inkişafıdır. Lakin son Yerevan meri seçkilərində biabırçı şəkildə məğlub olmaları onların siyasi arenadakı nüfuzuna xələl gətirib. Bununla belə, az da olsa, parlamentdə təmsil olunma şansını qoruyub saxlayır".

E.Aşırlı Sasna Tsrer Partiyasının parlamentdə təmsil olunma şanslarını yüksək dəyərləndirib: “Bunu onların radikal erməni millətçiliyi mövqeyindən çıxış etməsi və Rusiya əleyhinə fikirlər səsləndirməsi ilə əlaqələndirirəm. Nəticə etibarilə isə bu seçkilərdə "Mənim addımım" blokunun səslərin 70 faizindən çoxunu əldə edəcəyi gözləniləndir. Beləliklə, seçkilərdə əsas rəqabət Çiçəklənən Ermənistan, Sasna Tsrer, Daşnaksütyun və bir qədər İşıqlı Ermənistan partiyaları arasında olacaq. Qaldı ki, köhnə iqtidara, Respublika Partiyasının seçkilərdə uğur qazanacağını düşünmürəm. Xüsusilə, bundan sonra Respublika Partiyasında parçalanma ola bilər. Bir sözlə, bu seçkilərin "Mənim addımım" blokunun qələbəsi və Serj Sarkisyanın partiyasının fiaskosu ilə nəticələnəcəyi gözlənilir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hücumun arxasında hansı ölkə dayanır? - Əsas versiya

Hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.

Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

Cia.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat" partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün 150 min vətəndaşın imzasını toplayıb.

Türkiyə 34 ölkəyə "Bayraktar" göndərir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Maldiv adalarına 6 ədəd "Bayraktar TB2" hərbi dronu tədarük edəcək. Bununla da "Bayraktar" sayca 34-cü ölkəyə ixrac ediləcək.

Gürcüstan müxalifətinin iki əsas lideri birləşir

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.