banner
banner

Mədənİyyət

Türkiyədə ölkəmizin beynəlxalq mədəni marşrutlarda üzvlük məsələləri müzakirə edilib

| Xəbər 977 dəfə oxunub
Türkiyədə ölkəmizin beynəlxalq mədəni marşrutlarda üzvlük məsələləri müzakirə edilib

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda BMT-nin Dünya Turizm Təşkilatı (BMÜTT) və UNESCO tərəfindən birgə təşkil olunan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində nazir müavini Rafiq Bayramov ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İRSİKA-nın baş direktoru Halit Eren, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Әrsoy, Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk və Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviçlə görüşüb.

Görüşlərdə təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi, mədəni marşrutların inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq mədəni marşrutlarda üzvlük məsələləri, ölkələrlə mədəni sahədə birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi