banner
banner

Mədənİyyət

Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti iclası keçirilib

| Xəbər 1189 dəfə oxunub
Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti iclası keçirilib

Dekabrın 5-də Rusiya Dövlət Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyası üzvlərinin növbəti 21-ci ümumi iclası keçirilib. Tədbirdə ölkəmizi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Kərim Tahirov təmsil edib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iclasda Assambleyanın cari fəaliyyəti, kadr məsələləri, eləcə də yaxın iki il üçün irəli sürülən təşəbbüslər müzakirə olunub.

İclasın gündəliyinə əsasən, MDB-yə üzv dövlətlərin milli kitabxanalarının əsas istiqamətlər üzrə birgə fəaliyyət strategiyası, vahid biliklər mühitinin qurulması, fondların formalaşdırılması və inkişafı, kitab abidələri ilə iş, kütləvi kitabxanalar şəbəkəsinin inkişafı, professional tədris proqramlarının işlənməsi istiqamətləri üzrə müzakirələr aparılıb. Müzakirə olunmuş strategiya üzrə təkliflər formalaşdırılıb. Sonda 2019-2022-ci illər üçün Avrasiya Kitabxanalar Assambleyasının baş direktoru vəzifəsinə seçkilər keçirilib, XXII ümumi iclasın keçirilmə yeri və vaxtı müəyyənləşdirilib. Həmçinin MDB-yə üzv ölkələrin kitabxanalararası abonement üzrə bölməsinin 9-cu yığıncağı keçirilib. Yığıncaqda səlahiyyətli nümayəndələrin siyahısı, 2019-cu il üçün bölmənin tədbirlər planı təsdiq olunmaqla hesabatına baxılıb



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi