banner
banner

Dünya

“Bu, Ermənistana elan edilməmiş müharibədir” - Paşinyan səs yazısının yayılması haqqında danışdı

“Bu, Ermənistana elan edilməmiş müharibədir” -

Ermənistan baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində özü ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan arasındakı telefon danışığının yayılması məsələsinə reaksiya verib.

Ermənistan baş naziri hətta həmin səsyazmanın linkini özü səhifəsində yerləşdirib.

Paşinyan qeyri-qanuni dinləmənin hazırkı dövrdə yayılmasını keçmiş hakimiyyətin korrupsiyalaşmış sisteminin öz çarəsizliyini və ətrafındakı həlqənin daralmasını gördüyü üçün baş verdiyini bildirib.

O, bəhs olunan dinləmə hadisəsini Ermənistan dövlətçiliyinə elan edilmiş müharibə adlandırıb. “Kim bu müharibəni başladıbsa, ağır məğlubiyyətə düçar olacaq”, - deyə erməni baş nazir rəqiblərini hədələyib.

 

Paşinyan səs yazısının yayılması haqqında danışdı ile ilgili görsel sonucu

 

Paşinyanın sözlərinə görə, bu il sentyabrın 12-də o, parlamentdəki çıxışında zatən keçmiş prezident Robert Köçəryan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov haqqında qaldırılmış cinayət işi ilə bağlı telefon danşıqlarının məzmununu açmışdı.

Ermənistan baş naziri dinləmənin tam doğru olmadığını və montajlandığını da iddia edib.

Paşinyan dinləmənin “ikinci hissəsi”nin yayılmasını “əks-inqilabın” növbəti təzahürü adlandırıb. O, keçmiş sistemin ermənilərdən oğurladığı bütün pulları geri qaytaracağına vəd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hücumun arxasında hansı ölkə dayanır? - Əsas versiya

Hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.

Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

Cia.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat" partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün 150 min vətəndaşın imzasını toplayıb.

Türkiyə 34 ölkəyə "Bayraktar" göndərir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Maldiv adalarına 6 ədəd "Bayraktar TB2" hərbi dronu tədarük edəcək. Bununla da "Bayraktar" sayca 34-cü ölkəyə ixrac ediləcək.

Gürcüstan müxalifətinin iki əsas lideri birləşir

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.