banner
banner

Maraqlı

Bir dırnağa görə ayağından oldu

| Xəbər 1526 dəfə oxunub
Bir dırnağa görə ayağından oldu

Hannah Moore adlı gənc qız dırnaq batmasına görə cəhənnəm kimi 3 il keçirəndən sonra öz ayağını kəsdirmək üçün 5 min dollar ödəyib.

“Daily Mail”in xəbərinə görə, 19 yaşlı qız batmış dırnağı əməliyyatla götürüləndən sonra dayanılmaz ağrılar çəkib. Hər hansı bir infeksiya əlaməti olmasa da, ayağına ən kiçik toxunuşda göz yaşlarına boğulurdu. Həkimlər gənc qıza olduqca nadir görülən kompleks bölgə ağrı sindromu diaqnozu qoyub. Bəsit bir əməliyyat bu xəstəliyi gücləndirə bilir. Xəstəlik 19 yaşındakı qızın ayağının qaralıb qabıqlanmasına səbəb olub. Daha sonra isə ayağının ortasında bir deşik yaranıb. İllərlə davam edən faydasız müalicə üsullarından sonra həkimlər məsləhət görməsə də, Hannah ayağının kəsilməsini istəyib. Həkimlər ona bildirdi ki, ağrılar ayağının digər hissələrində davam edə bilər. Amma o, bu acını çəkməyə davam etməkdənsə riskə girməyi tərcih etdi.

Hannah verdiyi açıqlamada bildirdi ki, bu, həyatında verdiyi ən düzgün qərar olub: “Bundan daha çox xoşbəxt ola bilməzdim. Ötən 3 il kabus kimi idi. Ayağıma hətta odeyal da dəysə, göz yaşlarına boğulurdum”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi