banner
banner

Sİyasət

Fiaskoya məhkum xunta rəhbərinə ilk ultimatum: Paşinyanın bitimi an məsələsidir!

Fiaskoya məhkum xunta rəhbərinə ilk ultimatum:

Paşinyan bölgədəki vəziyyəti və rəqiblərinin gücünü hələ tam düzgün qiymətləndirə bilməyib. Adamın təhlükəsizlik dərki, prosesləri mükalimə gücü əmsal etibarilə sıfırın altındadır. Anlamır ki, seçkiyə 4 gün qala aldığı nəfəsi də konrtolda saxlaması gərək, hələ-hələ olsun telefon danışıqlarını…

Bir dövlətin başqa biri haqda informasiya “sərvəti” bəzən bitirici, bəzənsə diktəedici məqamdır. Sanballı kompromat qərinələr təzələdə, nəhəng istehkamlar aşa bilir. Rusiya bu səbəbdən ayaq üstdədir. Yıxılmır. Putinin fantastik məlumat bankı məhz SSRİ KKB-si, MOSSAD daxil dünyanın ən məşhur təhlükəsizlik təyinatlı qurumlarını belə kölgədə qoyduğu, milyon sanksiyanın qarşılığında+ ən tükənmiş (görünən) vəziyyətdə də hansısa fövqəl və ya qeyri-fövqəl dövlətin siyasi sisteminə, hansısa namizədin “seçki bioqrafiyası”na rahatca giriş – çıxış - baxış imkanlarını itirmədiyi üçün müvazinət yerindədir, hər zərbəyə rəğmən axsama yoxdur. Məlum Qərb dövlətinin Krımda baza yaradaraq bölgəyə nəzarət etmə arzusunu (iddiasını) bir həmlə ilə ürəkdə qoymaq, Bəşər Əsədi azı 6 real sui-qəsddən qorumaq, Turkiyədəki son çevriliş planı haqda informasiyanı MİT-dən daha tez alaraq öz müttəfiqinə ötürmək, Timoşenko riyakarlığı ilə başlayıb boyunduruq Sarkisyanın ikiüzlüyü ilə bitən separat Qərb təmayüllü danışıqları, yazışmaları, mərkəzdənqaçmaları ifşa etmək və s. bu kimi bənzər icraatlar qonşu dövlətin misilsiz informasiya gücündən xəbər verir və əgər Paşinyan seçki öncəsi, sonrası özünü əlahiddə şəxs hesab edib Ermənistanın vassal siyasətinə, xislətinə “sahib çıxmasa” yekun nəticə gerçəkdən bərbad olacaq.

Artıq ilk siqnal verilib. Paşinyanın Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Venetsyan ilə səs yazısı yayılıb. Stenoqramda KTMT-dən tələsik uzaqlaşdırılaraq istintaqa cəlb olunan Xaçaturov və Ermənistanın ikinci Prezidenti Robert Koçaryanla bağlı ciddi sövdələşmələrdən söhbət gedir, onların zərərsizləşdirilməsinin yolları, aspektləri haqda müzakirə aparılır. Həm də açıq diktator jarqonu ilə! Bundan öncə yayılmış və həmin Venetsyan ilə İstintaq idarəsinin rəisi Sasun Xaçatryan arasındakı danışığın motivi isə keçmiş müdafiə naziri Seyran Ohanyanla bağlı olub. Bu minvalla ki, Rusiyanin Xaşaturovla bağlı narazılığı nəzərə alınsın və günah keçisi kimi həmin Ohanyanın namizədliyi üzərində dayanılsın.

Paşinyan səs yazısı ile ilgili görsel sonucu

O qədər səbatsızdırlar ki, təhlükəsizlik baxımından əl cızmaqarasından o yana keçilməyəcək, yazılmayacaq, deyilməyəcək şeyləri telefon üzərindən bir-biri ilə paylaşırlar. Üstəlik, bu bashabasda, bu kritikada!

***

Ermənistandakı xalq inqilabı əslində broyler məzmunludur. Süni yaranıb. Hə, nizamsızdır, amma təbii xarakterdə də deyil. Abstrakt macəraya yönəlmiş siyasi proseslər zamanı kənardan sezilən nəzarətsizlik belə əslində düşünülmüş addım idi. Rusiya tərəfindən. Qərb isə həmişə dövrəyə ikinci raunddan girir.

Sarkisyan “çaşdı” və bədəlini erməni xalqı ödədi. Paşinyan da “çaşsa” cüt qapaz qaçılmazdır. Təbii, Nikola ayın doqquzunda hakimiyyət şansı tanınacaq və erməni xalqı daxil bütün ətraf güclər Paşinyana Parlamenti də özəlləşdirib meydanda nəyə qadir olmasını göstərmə fürsətini verəcəklər. Amma tək sakit mərhələ də elə budur. Əsl divan davam üzərindən gələcək. Rusiyanın əlində müdhiş “Qarabağ kartı” var. Ən kiçik səhv yetərlidir. Ki, cəbhə zonasında “cəza mexanizmi” işə düşsün. Azərbaycan tərəfinin hərbi gücü zatən bu mexanizmin olmaması halında və Aprel döyüşlərindən sonra düşmənə dağ qoyma fonunda belə açıq perspektivə köklənib və dəyişməz məqsədi özündə ehtiva edir: torpaqlar hər ehtimalda geri qayıtmalıdır və qayıdacaq! Fəqət, Rusiyanın məlum mövzuda seyrci qalması, ən pis halda silah satışını dayandırması, ən yaxşı halda isə Sarkisyanın ordudakı dayaqlarını Paşinyana qarşı yönəltməsi işimizi daha da rahatladar. Yəni, Paşinyanı bitirmək Rusiya üçün an məsələsidir. “Demokl qılıncı” baş nazirin üzərində daim itilənmiş vəziyyətdə öz düymə basımını gözləyir. Günü bu gündən. Qərb isə heç şübhəsiz Ukrayna və Gürcüstan ssenarisi üzərində dayanacaq: Paşinyana qarşı öz müxalifətini yaradaraq. Ki, sabah “B” variantı işə düşsə, alternativsizlik olmasın, fors-major durumlar üçün dublyorlar hazır vəziyyətdə qalsın. Artıq bənzər gedişatlarda Saakaşvili tipli variantlar da istisnadır, novator – beyin mərkəzləri daha maraqlı subyektajları nəzərdən keçirirlər. Məsələn, Zurabişvili kimi. Gürcüstandakı son proseslər də onu göstərdi ki, aristokratiya populizmi açıqca üstələyir, insanların bəsirət gözü açıqdır və Ukrayna timsalında dərisi boynundan çıxarılmış qonşunun taleyini yaşamaq hər kəsin arzuları xaricindədir. Onu öz xalqına yaşadanlar isə faktiki güclərlə məntiqsiz və rabitəsiz formada baş-başa gələnlər, əsas sütun və “dəngə”ləri görməzdən keçənlər, siyasi romantiklərdir. Belələrinin səbrsizliyi və fərdi prinsipləri bütün hallarda xalqın başında çatlayır. Adekvat olmayan formada. 
Qəhrəmanlıq haqda çox danışanların isə qəhrəman olmağa zamanları qalmır…

***

Paşinyan administrativ resurslarla işləmə vərdişinə sahib olmayan biridir. Sarkisyan yüz ilin tülküsü idi, ürkək baxışlarla bir-iki kəlmə deyərək xalq üzərindəki müvəqqəti yönləndirmə siyasətini tarazlaya bilirdi. Paşinyan isə hələ də 19 əsrin “damara basma” metodları ilə işləyir: velisopedlə işə gəlmək, (guya) sadə həyat tərzi sürmək, məktəb illərindən bəri kompleks keçirdiyi qaşı alınmış oğlunun əsgərlik çarxını dəxilsiz formada tirajlamaq, ailənin və ailə daxilindəki fərdlərin saxta qəhrəmanlıq imitasiyasını yaratmaq kimi uğursuz fəlsəfə janrına üz tutub. Oysa, elə yuxarıda qeyd etdiyim bir telefon danışığının stenoqramı kifayətdir ki, adamın saxta “səmimiyyəti” anındaca ifşa olsun, bu amansız diktator və ambisiozun rol aldığı təvazökar tamaşaların bütün pərdələri anındaca yerə düşsün, qapansın…

Ermənistan blokadadadır. Dağlıq Qarabağ üzərindən yürütdüyü mənfur siyasətə görə. Öncə bu siyasətdən imtina olunmalıdır. Amma Paşinyan açısından Qarabağı öz əzəli sahibinə - Azərbaycana açıq təslim etmək də riskdir. Ən azından indiki məqamda. Digər sığorta isə iqtisadiyyatın qalxımıdır və Paşinyan inkişaf + növbəti mərhələ üçün planladığı kütləvi həbslərin, təmizləmə siyasətinin sonucunda erməni xalqı tərəfindən “amnistiya” almaq istəyirsə, tamamən Qərbyönümlü siyasət yürüdüb investorları ölkəyə cəlb etməlidir. Buna da Rusiya imkan verməz. Çünki vassal dövlətin öz təyinatına uyğun “gücü” olmalıdır. Ki, başının üzərində daim şapalaq görsün. Hər nə qədər tənqid edib bəyənməsək də Gürcüstan Saakaşvilinin cəsarəti sayəsində + böyük itkilər hesabına bu mərhələni keçdi, açıq iqtisadi və siyasi islahatlar fonunda ölkə dirçəldi, hətta elə bir məqama gəldi ki, biznes səltənəti birbaşa Rusiyanın himayəsi altında dirçələn İvanaşvili belə həmin yolu dəyişdirə bilmədi. Fərd dəyişdi, baş üzərindəki güc dəyişdi, fəqət yol dəyişmədi. Amma Paşinyan bunu bacaracaqmı? Onun Saakaşvili kimi - Amerika Prezidentini öz ölkəsində keçirilmiş uşaq festivalında tvist oynadacaq, Avropa Birliyinin, NATO-nun nəzərlərini tamamən öz üzərinə yönəldirəcək, məlum cəbhədən ciddi siyasi və maliyyə dəstəyi alacaq qədər təpəri, gücü varmı? Bax bu inandırıcı deyil.

***

Əsl tamaşa 4 gün sonra başlayacaq. O tamaşanın hansısa bölümündə isə xunta rejiminin məhvi, elədikləri bütün pisliklərin bumeranqı və ən nəhayət doğma Qarabağımızın bizlərə qayıtması mütləq + labüddür!

 

elşən musayev ile ilgili görsel sonucu

Elşən Musayev, millət vəkili

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.