banner
banner

Cəmİyyət

Uşaq ikən uşaq doğan anaların statistikası

Uşaq ikən uşaq doğan anaların statistikası

Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalsa da, bu say yenə də 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində olan göstəricilərdən yüksəkdir.

Trend-in məlumatına görə, ötən il ərzində 18 yaşadək olan analar tərəfindən 2421 uşaq doğulub. 2016-cı ildə bu göstərici 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub.

Son 23 il ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub. 18 yaşadək analar tərəfindən ən az uşağın doğulduğu il isə 2001-ci il olub ki, həmin ildə 1774 uşaq bu yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.

Ümumilikdə götürdükdə ötən il 18 yaşadək olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalsa da, bu say 1995-ci ildən 2005-ci ilədək olan müddətdə (hər il) doğulan uşaqların sayından yüksək olub. Belə ki, 1995-ci ildə ölkədə 2 198, 2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962, 2004-cü ildə 2 276 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib.

 

Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. Yalnız 2017-ci ildə 18 yaşadək olan analar tərəfindən 2 421 uşağın 740-ı şəhər, 1 681-i kənd yerlərində dünyaya göz açıb.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, 2012-ci ildən Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu azalmanın əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunması ilə izah edilir. 1995-ci ildə Azərbaycanda 4030 qız rəsmi olaraq, kəbin bağlasa da, 2012-ci ildə bu rəqəm 295, 2013-cü ildə 229, 2014-cü ildə 479, 2015-ci ildə 388, 2016-cı ildə 312, 2017-ci ildə 317 olub.

Xatırladaq ki, Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

1 saylı psixiatriya xəstəxanası ilə bağlı ŞOK FAKTLAR... - dəlixanadan qaçan Nazim nələri danışıdı...

Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasından yerli KİV-də çox yazılıb. Bu səhiyyə ocağı ilə bağlı neqativlər hər zaman nəinki xəstəxana rəhbərliyi tərəfindən, TƏBİB və səhiyyə nazirliyi tərəfindən belə təkzib olunub. Yəni yekunda mətbuat son söz kimi rəsmilərin dediklərini rəhbər tutmalı olub. Çünki qeyd olunan müəssisə qapalı olduğundan əlavə dəlil və sübutların toplanması mətbuatt üçün nəinki çətindir, hətta əksər hallarda imkansızdır.

Nazim Muradovun büdcə mənimsəməsi onu imkanlı şəxsə çevirib- FAKTLAR

Muradov Nazim Abusət oğlunun atası olduqca imkanlı şəxs olduğundan, səndemə o, öz savadına görə deyil, atasının "şot"una ali təhsil alır. Bu şəxs Masallı RİH-nin Güllütəpə ərazisi üzrə icra nümayəndəsi işlədiyi vaxtlarda, yüz hektarlarla paybəlli torpaq sahələrində qanunsuz evlərin və digər tikililərin salınmasına lazımi şərait yaradır. Daha sonra Nazim Muradov "qara yollar”la Masallı DSMF-nin rəis müavini vəzifəsinə sahib olmağı da bacarır.

"Mal-qarası olanları "fermer", arısı olanları isə "arıçı" kimi göstərirlər..." - Dövlət Məşğulluq Agentliyinə müraciət edən Şahbuz sakininə "sahibkar olduğu" deyildi...

Şahbuz rayonu, Gömür kənd sakini Mustafayev Aydın Mustafa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Dövlət Məşğulluq Agentliyindən ona əsassız olaraq "6 ildir kiçik sahibkarlıqla məşğul olduğu" bildirilib.

Qubanın yeni icra başçısının qalmaqallı keçmişi və bu günkü idarəçiliyi - FOTO

Ötən ilin sonlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Akif oğlu Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb. İlqar mahmudovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində ilginc məlumatlar ortaya çıxıb.