banner
banner

Şou

Cey Lo ailəsi ilə Yeni İlə belə hazırlaşır - Fotolar

Cey Lo ailəsi ilə Yeni İlə belə hazırlaşır
Müğənni Cennifer Lopez sevgilisi, beysbolçu Aleks Rodrigez və övladları ilə Yeni İlə hazırlaşırlar.
Cütlük artıq şam ağacını da bəzəyib. Bu barədə ifaçı İnstaqram səhifəsində paylaşdığı fotolarla məlumat verib.
Lopez həm özünün, həm də Aleksin övladları ilə birgə şam ağacını bəzədikləri yerdə çəkilmiş şəkillərini səhifəsində yerləşdirərək "Uşaqlarla əla gün, bu bayramı sevirəm" sözlərini yazıb.
Cey Lonun fotoları izləyiciləri tərəfindən bəyənilib.

Qeyd edək ki, Cenniferin əkizi - bir qızı, bir oğlu, Rodrigezin isə 2 qızı var. Cütlük və övladları yaxşı yola getdiklərini və ailə qurmağa hazırlaşdıqlarını bildirib. 





 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Dado ilə əl-ələ verib uşağımızı böyüdürük" - Natavan Həbibi

"Baxırsan ki, boşanıblar, amma necə gözəl münasibətləri var. Biz niyə etməyək? Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik".