banner
banner

Sİyasət

Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir

Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir

Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu fikirləri Trend-ə açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ölkənin tarixinə növbəti biabırçılıq kimi düşdü: "Buna seçki demək nə dərəcədə doğrudur? Sözsüz ki, bu, seçki yox, “seçki fırıldağı” kimi yadda qaldı. Seçicilərin heç 50 faizi səsverməyə gəlmədi - seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. İnsanların daha çox yaşadığı Yerevanda belə seçici passivliyi müşahidə edilib. Bu hələ rəsmi statistikadır, şişirdilmiş rəqəmdir. Əslində isə bu faiz daha aşağıdır. Bu da insanların köhnə və yeni hakimiyyətə inamsızlığından irəli gəlir. İllərdir ki, xalqı boş vədlərlə aldadan terrorçu Sarkisyan rejimindən sonra hakimiyyətə gələn Nikol Paşınyan şirin vədlərlə öz şəxsində “lider” obrazı fomalaşdırmağa çalışdı. Ancaq onun 7 aylıq hakimiyyət dövrü göstərdi ki, Paşınyan xalqın yox, “başqalarının” qulluğundadır. Ermənistanda seçici passivliyinin baş verməsi isə məhz bu amillərlə bağlıdır”.

 

Ekspert bildirib ki, Ermənistandakı seçkilər zamanı kifayət qədər qanun pozuntusu qeydə alınıb: “Seçkilərdə ciddi saxtakarlıqları baş verib. Bunların əksəriyyəti isə cinayət tərkiblidir. Haradadır Azərbaycanda keçirilən şəffaf, ədalətli seçkilərə hər fürsətdə qara yaxmağa çalışan bəzi beynəlxalq qurumlar, təşkilatlar? Nə üçün Ermənistanda baş verən biabırçılığa reaksiya vermirlər, hesabatlar yaymırlar? Bu mənada hesab edirəm ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən ATƏT və digər qurumlar Ermənistandakı seçki saxtakarlığına lazımi qiyməti verməlidirlər. Bütün dünyanın gözü qarşısında baş verən qanun pozuntuları, seçici passivliyi, şişirdilmiş rəqəmlər və müxalifətin, xalqın etirazı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmalıdır”.

Baş redaktor əlavə edib ki, saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə xalqı yalan vədlərlə aldatmağa çalışdı, bir müddət bunu bacardı da. Ancaq vaxt keçdikcə insanlar onun əsl simasını gördülər və 9 dekabr “seçki oyunu” da bunun bariz nümunəsi oldu”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.