banner
banner

Sİyasət

Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir Ümummilli liderin büstü önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra isə Ümummilli liderin həyat və fəaliyyəti barədə qısa informasiya verərək Azərbaycan diasporunun formalaşması və inkişafında dahi şəxsiyyətin əvəzedilməz rolundan danışıb.

Anım mərasimində Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş etdirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, diaspor fəalı Akif Gülməmmədov, Ukrayna Ali Radasının deputatı Georgi Meperişvili, Yəhudi diasporunun rəhbəri Roksana Qomarnik, Vişneva şəhərinin deputatı Artyom Qlinskiy, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və digərləri çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıblar.

Tədbirdə Ümummilli liderin Ukrayna-Azərbaycan münasibətlərinin formalaşması və inkişafında rolu, Ukrayna dövlətinə xüsusi əhəmiyyət verməsi, Ukraynada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açılıb. Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov gələn il Ukraynada Ümummilli liderin xatirəsinə kikboks turnirinin keçiriləcəyi barədə iştirakçılara məlumat verib. Anım mərasimi diaspor rəhbərləri və fəallarının dahi Heydər Əliyev haqqında xatirələrinə dair fikir mübadiləsi ilə davam edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.