banner
banner

Gündəm

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli müasir dünyanın böyük siyasi şəxsiyyətlərindən bir olan ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə gücləndirilməsi üçün göstərdiyi xidmətləri diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, ötən əsrin 70-80-ci illərində yüksək əzmkarlığı və təşkilatçılıq qabiliyyəti, yorulmaz səyləri ilə respublkamızı həmin dövrdə keçmiş sovetlər birliyində qabaqcıl respublikalar sırasına çıxaran Heydər Əliyev 1982-1987-ci illərdə keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə olarkən də Azərbaycanın inkişafı naminə mühüm xidmətlər göstərib. 1993-cü ildə xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev müstəqil dövlət quruculuğu kimi olduqca çətin və şərəfli tarixi vəzifəni da yüksək siyasi müdrikliklə həyata keçirib, müstəqil ölkəmizin ictimai-siyasi sabitlik şəraitində uzunmüddətli inkişafı üçün etibarlı əsaslar formalaşdırıb.

 

M.Kərimli Azərbaycanın sosial dövlət konsepsiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar nəticəsində hələ ötən əsrin 90-cı illərində yeni iqtisadi münasibətlərə keçidlə bağlı islahatlar zamanı əhalinin sosial müdafiəsinin təmin edildiyini, sosial müdafiə sisteminin yaxşılaşdırılması üçün ciddi addımlar atıldığını bildirib. O, ölkədə sosial sabitliyin təmin olunması, həssas əhali qruplarının təminatının gücləndirilməsi istiqamətində Heydər Əliyevin xidmətlərini qeyd edib.

Nazir müavini şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, fiziki məhdudiyyətli insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına ulu öndərin xüsusi diqqət və qayğısından bəhs edib. M.Kərimli həssas qruplarla bağlı mühüm sosial proqramlara, o cümlədən şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin minik avtomobili ilə təminatına, fiziki məhudiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərinə ümummilli lider Heydər Əliyevin təşəbüsü ilə başlandığını deyib. Ümummili liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir müavini ölkəmizin bütün istiqamətlər üzrə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. O, eyni zamanda, Azərbaycanda güclü sosial siyasətin aparıldığını, sosial proqramların, aktiv məşğulluq tədbirlərinin miqyasının getdikcə genişləndiyini, sosial cəhətdən həssas qruplara dövlət qayğısının ildən-ilə artırıldığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru, Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı ümummili liderimiz Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı sahəsində tarixi xidmətlərindən, ulu öndərin azərbaycançılıq ideologiyasından bəhs edib. Çıxış edənlər ümummili liderimiz Heydər Əliyevin bütün həyat və fəaliyyətini ölkəmizin inkişafına həsr etdiyini, bu məram naminə yorulmaz fəaliyyətini vurğulayıb, onun işıqlı xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.