banner
banner

Sİyasət

Heydər Əliyev Fəxri Xiyabanda

Heydər Əliyev Fəxri Xiyabanda

Prezident İlham Əliyevin oğlu əsgər Heydər Əliyev babası Heydər Əliyevin məzarını ziyarət edib.

Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, DTX-nın şəxsi heyəti, veteranlar və müvafiq hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər. 

DTX-nın N saylı hərbi hissəsinin əsgəri olan Heydər Əliyev də əsgər yoldaşları ilə birlikdə Ümummili liderin anım gününə qatılıb. Onlar Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Həmin an lentə alınan görüntülər Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi "Facebook" səhifəsində yerləşdirilib.








Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.