banner
banner

İdman

"Daha yaxşı oyun göstərə bilərdik" - Qurban Qurbanov

"Daha yaxşı oyun göstərə bilərdik" - Qurban Qurbanov

"Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. "Arsenal" qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı". 
 
Qol.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"a 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis yeganə qolun müəllifi Aleksandr Lyakazet və rəqibin gənc futbolçularının çıxışlarını müsbət dəyərləndirib: "Lyakazet haqda danışmağa söz kifayət qədər çoxdur. O, ustalıq səviyyəsi yüksək olan futbolçudur. Hər bir gəncin isə böyük potensialı var. İnanıram ki, onlar "Arsenal"ın gələcəyidirlər və bu oyunçular üzərində çox uğurlu nəticələr əldə edəcəklər".

 

Qurbanov qrup mərhələsində "Qarabağ"ın çıxışını isə normal dəyərləndirib: "Əvvəldən bilinirdi ki, favoritlər "Arsenal"la "Sportinq"dir. Bu komandaların ustalıq səviyyələri və oynadıqları çempionatlar çox-çox fərqlidir. Düşünürəm ki, "Arsenal" Avroliqada yox, daim Çempionlar Liqasında çıxış etməlidir. Biz isə bəlkə bir qədər daha yaxşı oyun göstərə bilərdik. Amma bəzi hallarda bizim üçün çətin idi. Bacardığımız qədər çalışdıq ki, yaxşı təcrübə toplayaq. Ümumilikdə isə oyunlardan razı qaldım. "Sportinq"lə Bakıdakı oyun istisna olmaqla".

Qeyd edək ki, "Qarabağ" E qrupunda 6 oyundan 3 xalla sonuncu yeri tutub. Eyni xala malik Ukraynanın "Vorskla" komandası 3-cü olub. "Arsenal" 16 xalla 1-ci, "Sportinq" 13 xalla 2-ci yeri tutaraq, 1/16 finala yüksəlib 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.