banner
banner

İdman

UEFA "Arsenal" - "Qarabağ" matçında baş verənlərlə bağlı iş açıb

UEFA "Arsenal" - "Qarabağ" matçında baş verənlərlə bağlı iş açıb

UEFA Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 13-də İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur matçında baş verənlərlə bağlı iş açıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, qitə futbol qurumu iki olayla əlaqədar tədbirlər görəcək. Bunlardan biri meydana erməni azarkeşin qondarma DQR bayrağı ilə meydana girməsi, digəri isə görüşün nəzərdə tutulandan gec başlamasıdır. Məsələyə 2019-cu il fevralın 21-də baxılacaq.

Qeyd edək ki, görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl “Qarabağ”ın futbolçusu Maksim Medvedev matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin separatçı “Dağlıq Qarabağ" rejiminin bayrağı ilə meydana daxil olmasına münasibət bildirərkən qeyd edib ki, bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.