banner
banner

İqtİsadİyyat

Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirildi

Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirildi

Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirilib.

Trend-in məlumatına görə, yeni avtobusların gətirilməsi “Xaliq Faiqoğlu” MMC-nin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Belə ki, alınması nəzərdə tutulan 70 avtobusun ilk hissəsi Bakıya gətirilib.

 

Türkiyənin “Anadolu İsuzu” şirkətinə sifariş edilmiş “İsuzu Citiport” markalı avtobuslar Avropanın ən komfortlu və erqonomik avtobusu hesab edilir. 2019-cu ilin modeli olan 12 metrlik (üçqapılı) bu nəqliyyat vasitələri Avro 6 emissiyalıdır. Avtobuslar sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait, o cümlədən USB portlar, fiziki məhdudiyyətli insanlar üçün pandus və isitmə-soyutma sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, nəqliyyat vasitələri bütün ekoloji standartlara cavab verir.

Avtobusların qalan hissəsi 2019-cu ilin ilk aylarında hissə-hissə Bakıya gətiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.