banner
banner

İqtİsadİyyat

“Silk Way Helicopter Services”in donanmasına müasir helikopter əlavə olunub

“Silk Way Helicopter Services”in donanmasına müasir helikopter əlavə olunub

"Silk Way Helicopter Services" kommersiya helikopter aviaşirkəti donanmasına yüksək keyfiyyətli aeroçəkiliş üçün ixtisaslaşdırılmış foto/video avadanlığı ilə təchiz olunan ən yeni “Agusta Westland AW109SP” helikopterini əlavə edib.

“Silk Way Helicopter Services” şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “AW109SP” seriyalı helikopterlər hər cür hava şəraitində istismar üçün naviqasiya peyk sistemi ilə təchiz olunub. Helikopterin şüşə pilot kabini mükəmməl görüntünü təmin edir.

2,6 meqapiksel təsvir ölçülü, geniş görüntü bucağı və quraşdırılmış hiroskopik stabilizatora malik “Gyro-Stabilized Systems (GSS) Broadcast series B512 Gimbal Camera – Ikegami HDL-F3000” bort foto/video kamerası hər cür hava şəraitində və istənilən xarici işıqlandırmada yüksək keyfiyyətli çəkiliş aparmağa imkan verir.

 

Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları, 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 Qran Pri və Azərbaycanda hər il keçirilən “Tour de Azerbaijan” velosiped yarışları zamanı helikopterdən foto və videoçəkilişlər təşkil edib.

"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, “Мi-8МТV-1”, “Мi-8АМТ”, həmçinin “Cessna 172S” tipli təyyarələr daxildir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.