banner
banner

Mədənİyyət

Milli Kitabxanada “Ziya Bünyadov-95” və “Mehdi Hüseynzadə-100” adlı kitab sərgiləri açılıb

| Xəbər 1828 dəfə oxunub
Milli Kitabxanada “Ziya Bünyadov-95” və “Mehdi Hüseynzadə-100” adlı kitab sərgiləri açılıb

Dekabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Əməkdar elm xadimi, akademik Ziya Bünyadovun anadan olmasının 95 illiyi münasibətilə “Ziya Bünyadov-95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə akademikin Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş əsərləri, redaktoru, tərtibçisi olduğu, rəy verdiyi və haqqında yazılan kitablar nümayiş olunub.

Eyni zamanda, Milli Kitabxanada Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə “Mehdi Hüseynzadə-100” adlı kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan, rus və digər dillərdə Mehdi Hüseynzadə haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunub.

Sərgilər bir həftə davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi