banner
banner

Təhsİl

Nazirlik: Ötən il 51 min müəllimdən 6 mini işə qəbul olunub

| Xəbər 1023 dəfə oxunub
Nazirlik: Ötən il 51 min müəllimdən 6 mini işə qəbul olunub

2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.

 

2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.

2018-ci ildə 25 min nəfərdən çox müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi