banner
banner

Sİyasət

Təzə il Ermənistana bahalaşma ilə gəldi - Paşinyanın qara günləri başlayır

| Xəbər 1618 dəfə oxunub
Təzə il Ermənistana bahalaşma ilə gəldi - Paşinyanın qara günləri başlayır

2019-cu il, yanvarın 1-dən Ermənistana satılacaq Rusiya təbii qazının qiyməti dəqiqləşdi. Qiymət ilkin dövr üçün Ermənistan və Gürcüstanla sərhədə hər min kub metr üçün 165 dollar olacaq. Bu, əvvəlki qiymətdən (150) 15 dollar artıqdır. Artıq məsələ ilə bağlı “Qazprom” rəhbəri Aleksey Millerlə və Ermənistan baş naziri müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı Mqer Qriqoryan arasında Moskvada işçi görüşü keçirilib və sənəd imzalanıb.

Qeyd edək ki, Paşinyan hökuməti qazın qiymətini gələn il üçün 140 dollaradək azaltmağa ümid edirdi. Lakin ilsonu Moskvada Rusiya prezidenti Vladimir Putinlə erməni baş nazir əvəzi Nikol Pşainyan arasında qazla bağlı aparılan  müzakirələr İrəvanın arzuladığı nəticəni vermədi. Ondan bir neçə gün sonra yanvarın 1-dən Ermənistana satılacaq qazın qiyməti elan edildi - 165 dollar, iki gün öncə isə sənəd imzalandı.

Ancaq bu da yekun rəqəm deyil. Heç şübhəsiz, Moskva hələ bir müddət də İrəvanı qazla şantaj edəcək, Paşinyan hakimiyyətinin davranışından asılı olaraq, təzədən qiymət mövzusuna qayıdacaq. Çünki bu məsələ Kremlin əlində Ermənistana qarşı hər şeydən öncə siyasi təzyiq rıçaqıdır. Təsadüfi deyil ki, qaz məsələsi 2018-ci ilin sonunda ən yüksək səviyyədə - Putin və Paşinyan səviyyəsində, həm də iki dəfə müzakirə edilib.

“Mən iki dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdım. Müzakirə mövzusu Ermənistana tədarük edilən qazın qiyməti oldu. Deyə bilərəm ki, biz minimum yaxın gələcək üçün razılaşdıq”, - deyə Paşinyan bildirib. Onun sözlərinə görə, Qazprom" və “Qazprom Ermənistan” qaz qiymətinə yenidən baxmalıdır.

Nikol Paşinyan qaz qiymətinin müzakirəsinə yenidən qayıdacaqlarını və bu razılaşmanın müvəqqəti olduğunu deyib. O, yeni qərarla bağlı Ermənistanın hansısa borclar alacağı və bundan sonra Rusiyaya hansısa aktivləri verəcəyi ilə bağlı yayılan fikirlərin həqiqət olmadığını söyləyib və Putinlə yalnız qaz qiymətləri məsələsini müzakirə etdiyini, digər heç bir məsələyə toxunmadığını bildirib.

*****

Ä°lgili resim

Beləliklə, təzə il Ermənistana bahalaşma ilə girdi. Düzdür, artım elə böyük deyil. Lakin söhbət vurğulandığı kimi, müvəqqəti qiymətlərdən gedir. İstənilən halda, Moskva artıq öz mesajını verib. Kreml aydın şəkildə işarə vurub ki, havayı pendir yalnız tələdə olur. Başqa sözlə, qiymətdəki artım rəsmi Moskvanın təzə ildə İrəvana ilk xəbərdarlıq mesajıdır. Eyni zamanda Paşinyan iqtidarı üçün artıq kritik günlərin başladığının anonsudur.

Söhbət həm də Moskvanın siyasi təzyiq vasitələrindən gedir. Məsələn, il sonu Putinin Paşinyana digər incə xəbərdarlıq ismarışları və mesajları ilə də yadda qalıb. Məsələn, V.Putin Yeni il münasibətilə bütün MDB ölkələri prezidentlərinə, o cümlədən baş nazi əvəzi Paşinyana deyil, Ermənistan prezidenti Armen Sərkisyana təbrik göndərib. Üstəlik, Ermənistanın eks-prezidentləri - Serj Sərkisyanı və hazırda həbsdə olan Robert Köçəryanı da təbrik edib.

Bu artıq Kremlin rəsmi mövqeyi sayıla bilər. Hər halda Putin postsovet məkanında, heç bir eks-prezidenti, misal üçün, Azərbaycanda Ayaz Mütəllibovu, Ukraynada Leonid Kravçuku, Viktor Yuşşenkonu, yaxud Gürcüstanda Mixail Saakaşvilini təbrik eləməyib. Rusiya prezidentinin Köçəryanla Sərkisyana simpatiyasının arxasında isə şübhə yox ki, ilk növbədə onun Paşinyana qarşı antipatiyası və Ermənistandakı rejim dəyişikliyindən dərin narazılığı yatır.

Bu narazılığı yaradan səbəblər isə bütünlüklə köhnə ildən təzə ilə adlayıb və onların ən azından, yaxın 3 ay üçün xüsusi aktuallıq kəsb edəcəyi gözlənilir. Söhbət öncəliklə “məxməri inqilab”dan sonra İrəvanın xarici siyasət kursunun əsas oriyentirinin necə olacağından gedir. Təbii ki, bundan asılı olaraq, Moskva-İrəvan münasibətləri ciddi korrektələrə məruz qala bilər.

Xatırladaq ki, Paşinyanın müvəqqəti hökumətində bircə ruspərəst kadr belə yoxdur və böyük ehtimalla, onların hamısı tezliklə formalaşacaq təzə hökumətin tərkibinə keçəcək. Üstəlik, Nikol Paşinyan Rusiyaya sadiq keçmiş siyasilərin və generalların (Robert Köçəryan, Yuri Xaçaturov, Mikael Arutyunyan) təqibini və axtarışını davam etdirir. Həmçinin Ermənistanda olan qalan Rusiya dəyərləri (rus dili, rus teatrı və s.) sıxışdırılmaqdadır.

Paşinyan ile ilgili görsel sonucu

Moskvanın narahat olduğu digər mühüm amil Qərbin, xüsusən də ABŞ-ın Paşinyan hakimiyyətinə, onun aparmaq istədiyi islahatlara nə dərəcədə dəstək verib-verməyəcəyi ilə bağlıdır. Məlumdur ki, Nikol sələfi Serj Sərkisyan kimi “iki stul”da oturmağa çalışır. Yəni həm Rusiyanı yanında tutmaq, həm də Qərbin (ABŞ-ın) etibarlı adamına çevrilib sonuncudan böyük maliyyə köməyi qoparmağa ümid edir.

Ola bilsin, Qərb bir müddət İrəvanın bu həssas vəziyyətini nəzərə alaraq ona dözüm göstərəcək. Ancaq böyük maliyyə yardımını yalnız o halda edəcək ki, Ermənistan Rusiyanın siyasi orbitindən uzaqlaşmağa başlayacaq. Buna isə Paşinyan qərar verəcəyi sual altındadır. Çünki Rusiya amili var. Lakin Rusiyanın vassalı qalıb ölkədə dərin, köklü islahatlar aparmaq da mümkünsüz görünür.

Rusiyadan uzaqlaşmağın ən zəmanətli yolu isə İrəvanın Dağlıq Qarabağ məsələsində Bakı və Ankara ilə birbaşa anlaşması, nəticədə Ermənistanın blokadasının götürülməsi və onun inkişafa, inteqrasiyaya üz tutmasıdır. Bir sıra təhlilçilərə görə, 2019-cu ildə ABŞ məhz bu yöndə diplomatik səylərini ciddi şəkildə artıracaq...         

“Yeni Müsavat”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər