banner
banner

Gündəm

Bu gün "Gəncə işi" üzrə ilk məhkəmə başlayır

| Xəbər 1062 dəfə oxunub
Bu gün "Gəncə işi" üzrə ilk məhkəmə başlayır

Bu gün Gəncə  Ağır Cinayətlər Məhkəməsində  Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfər - Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başlayır. Onların 10 iyul aksiyasında iştirakda ittiham olunduğu deyil.  

“Report” xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası saat 14:00-da başlayacaq.

Cinayət işində 17 zərərçəkmiş var.

“Yeni Müsavat” bildirir  ki, hakim Məhəmməd Bağırovun icraatlarına  verilən məhkəmədə isə  8 nəfər şəxs - Cabir Əzizov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizov ittiham olunurlar.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ açıqlanmayıb.

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfər şəxsin məhkəməsi isə Dadaş İmanovun icraatına verilib.

Bir neçə maddə ilə ittiham edilən Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir İbrahimov, Əli Rzayev, Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev, Xəyal Qafarov və Qadir Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.

yunis səfərov ile ilgili görsel sonucu

Xatırladaq ki, iyulun 3-də saat 20:30-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib. Cinayəti törətmiş 1983-cü il təvəllüdlü Yunis Səfərov dərhal saxlanılıb və hadisə yerində olan polis əməkdaşları tərəfindən tərk-silah edilib.

10 iyulda isə Gəncədə 150-200 nəfərdən ibarət olan dini radikallar qrupu tərəfindən təşkil edilmiş qarışıqlıq zamanı qiyamçıların əllərindən iki polis zabiti - Gəncə Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Gəncənin Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov həlak olublar.

gəncə hadisələri ile ilgili görsel sonucu

Rəşad Böyükkişiyev

 

Sonrakı günlərdə aparılan operativ-istintaq tədbirləri ilə bu cinayətləri törədənlərdən biri-Fərrux Qasımov həbs olunub. Polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən digər şəxsin-Rəşad Böyükkişiyevin gizləndiyi yer də müəyyən olunub və tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib. Amma əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

Ötən il sentyabrın 28-də baş prokuror Zakir Qaralov  bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi