banner
banner

Təhsİl

Orta məktəblərdə ixtisasartırma təlimləri keçirilib

| Xəbər 1400 dəfə oxunub
Orta məktəblərdə ixtisasartırma təlimləri keçirilib

Paytaxt məktəblərində ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, paytaxtın 12 inzibati rayonu üzrə keçirilən təlimlərdə fənn müəllimləri, direktor müavinləri və məktəb psixoloqları daxil olmaqla 500 nəfər iştirak edib.

Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatı tərəfindən təşkil olunmuş təlimlər 60 saatlıq proqramı əhatə edib.

 

Təlimlər zamanı iştirakçılar fənlərin tədrisində və məktəbdaxili qiymətləndirmənin təşkilində müasir metodiki yanaşmalarla tanış olub, şagirdlərə mücərrəd anlayışların əyani vasitələrlə göstərilməsi üçün tətbiq olunan yeni metodiki qaydalar nəzərdən keçirilib.

Şagirdlərdə oxuyub-anlama, dinləyib-anlama, yazı, riyazi bacarıqların inkişaf etdirilməsi, məktəb mühitinin səmərəliliyinin artırılması, təlim motivasiyasının yaradılması, təhsil müəssisələrində psixoloji xidmətin əsas istiqamətləri, məktəblilərdə fiziki sağlamlığın qorunması və reabilitasiyası kimi mövzular ətrafında müzakirələr aparılıb.

Təlimlərə nəticəsində, yeni metodikalara yiyələnən iştirakçılar tədrisin keyfiyyətinin təmin olunmasında bu vasitələrin rolunu daha aydın müəyyənləşdirir, həmçinin fənlərə uyğun olaraq müvafiq qiymətləndirmə meyarlarını tərtib etmək üçün təcrübə əldə edirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər