banner
banner

Mədənİyyət

Xalq rəssamı Arif Əzizin 75 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

| Xəbər 1062 dəfə oxunub
Xalq rəssamı Arif Əzizin 75 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, konseptual sərgi silsiləsinin davamı olan sərgi, rəssamın 75 illik yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Sərgidə Arif Əzizin və 100-ə yaxın tələbəsinin əsəri nümayiş ediləcək.

Qeyd edək ki, müasir Azərbaycan incəsənətində Arif Əzizin yaradıcılığı xüsusi, müstəsna yerə malikdir. Hələ keçmiş əsrin 70-ci illərindən başlayaraq Arif Əziz, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. İlk təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alan rəssam daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində, “Qrafik dizayn” ixtisası üzrə təhsilini davam etdirib. 1971-ci ildən bu günədək Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Arif Əzizin 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik və xalçaçının yetişməsinə böyük əmək sərf edib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi