banner
banner

İdman

Aleksandr Səmədov "Kayrat"a keçir?

Aleksandr Səmədov "Kayrat"a keçir?

"Spartak" futbol klubu və Rusiya yığmasının keçmiş futbolçusu Aleksandr Səmədov Qazaxıstanın "Kayrat" komandasına transfer edilə bilər.

Trend-in məlumatına görə, bu barədə "Kazfootball" portalı xəbər yayıb. Portalın məlumatına görə, "Kayrat" hal-hazırda braziliyalı yarımmüdafiəçi İsael da Silvaya əvəz axtarır. Daha öncə isə rusiyalı yarımmüdafiəçi Andrey Arşavin karyerasını yekunlaşdıraraq klubda çıxışını dayandırıb.

 

Yanvar ayında Səmədov və "Spartak" tərəflərin razılığı əsasında müqaviləni ləğv ediblər. 34 yaşlı futbolçu "Spartak"ın heyətində 109 oyun keçirib və 15 qola imza atıb. Komandanın heyətində o, Rusiya çempionu adını və ölkənin Superkubokunu qazanıb.

2018-ci ilin yayında Səmədov Dünya Çempionatında Rusiyanın heyətində çıxış edib və komanda ilə birlikdə 1/4 finala qədər yüksəlib. DÇ-dan sonra futbolçu millidə karyerasını yekunlaşdırdığını bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.