banner
banner

Sağlamlıq

Kahının müalicəvi faydaları

| Xəbər 3078 dəfə oxunub
Kahının müalicəvi faydaları

Kahı çox faydalı bir bitkidir. Onu demək olar ki, Respublikamızın bütün regionlarında asanlıqla becərmək mümkündür.

Kahı dəmirlə çox zəngindir, qan azlığı (anemiya) zamanı çox faydalıdır, saç tökülməsinin qarşısını alır, baş gicəllənmələri və beyin qidalanmasının pozğunluqlarında çox faydalıdır. Kahının tərkibibində zəngin kalium ürək əzələsini gücləndirir, təngənəfəslikdə, ürəkdə oksigen çatışmazlığında, ürək səyrimələrində faydalıdır.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, kahını çalışın gündə bir dəfə yeyin və bunu axşam yesəniz yaxşı yatacaqsınız. Kahı əsəbləri sakitləşdirir, yuxunu dərinləşdirir. Kahı hər gün yeyiləndə bağırsaqları çalışdırır, qəbizliyin qarşısını alır, babasil xəstələri üçün çox faydalıdır. Kahı yeni qan yaradır, çünki tərkibində K vitamini vardır. Bundan başqa kahıda zəngin A vitamini də vardır ki, istifadə edənlərin dəriləri parlaq olur, dəriyə cavanlaşdırıcı bir effekt verir, gözləri işıqlandırır. Kahıdan hamiləlikdə də istifadə edə bilərsiniz. Kahı zəngin mineralları və vitaminləri hesabına doğulacaq uşağın sağlam olması üçün faydalıdır.

Kahını müxtəlif salatlara qarışdırıb üstünə zeytun yağı əlavə edib yeyə bilərsiniz, məsələn pomidor, xiyar, keşniş, pendir, kahı, şüyüd və zeytun yağı hamısını bir-birinə qarışdırıb salat hazırlaya bilərsiniz.

 

Kahıda zəngin C vitamini də vardır ki, C vitamini bizim ən çox vitaminə ehtiyacımız olan bir vitamindir, kahının tərkibindəki zəngin antioksidantlar insanı xərçəng olmaqdan qoruyur. Kahıda zəngin omeqa-3 də vardır, bu da böyüməkdə olan uşaqlar üçün çox faydalıdır. Kahıdan arıqlamaq istəyənlər geniş istifadə etməlidirlər, belə ki, kahı bağırsaqları yumşaldır, orqanizmi toksinlərdən qoruyur və yeməkdən əvvəl üzərinə zeytun yağı tökülmüş kahı yemək iştahı zəiflədir.

Kahı ana südünü əhəmiyyətli dərəcədə artırır, tərkibindəki kalsium hesabına sümük ərimələrində (osteoporozda) və klimaks keçirən xanımlar üçün faydalı bir qidadır.

Hər nemətin həddindən artıq istifadəsi zərərli olduğu üçün bu kahıya da aiddir. Belə ki, həddindən artıq istifadə qanın laxtalanmasına və cinsi istəyin azalmasına səbəb ola bilər.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

Xəstə dişlər insanı ölümə sürükləyir

ABŞ-ın Kolumbiya Universitetinin alimləri dişlərin çürümə prosesi və parodontitdə iştirak edən bakteriyanın yoğun bağırsaq xərçənginin inkişafını sürətləndirdiyini müəyyən edib

Çəkinin azaldılması üçün universal məhsul

İllinoys Texnologiya İnstitutunun əməkdaşları bu giləmeyvənin faydalı olmasına çəkinin azaldılması və diabet xəstələrində qanda şəkərin miqdarına nəzarət nöqteyi-nəzərindən diqqət yetiriblər.