banner
banner

Təhsİl

Təhsil sahəsində yeni bir layihə: fərdi yanaşma və peşəkar dəstək

| Xəbər 1202 dəfə oxunub
Təhsil sahəsində yeni bir layihə: fərdi yanaşma və peşəkar dəstək

Prime Education" xaricdə təhsil və peşəkar dəstək təklif edir. Şirkətin fəaliyyətləri tələbənin bütün təhsil dövrü ərzində dəstəklənməsinə, habelə təcrübə və iş tapmaqda kömək edilməsinə yönəldilmişdir.

"Məqsədimiz hər bir tələbənin öz sahəsində peşəkar və real mütəxəssis olmasına kömək etməkdir", - layihənin aparıcı koordinatoru deyir.

Şirkət uşaqlara, abiturientlərə, bacarıqlarını artırmaq və peşəkar sahədə daha rəqabətli olmaq istəyən mütəxəssislərə proqramlar təklif edir:

- Pansion Məktəblər

- Kolleclər

- Hazırlıq proqramları

- Bakalavr və magistr proqramları

- MBA (Rəhbər üçün Biznes İdarə etməsi)

 

- Dil məktəbləri

- Professional inkişaf proqramları

"Prime Education" qonaqpərvərlik sahəsində Glion və Les Roshes kimi qabaqcıl universitetlərin və həmçinin İsveçrədə, Birləşmiş Krallıqda, ABŞ-da, Kanadada, Çexiyada və digər ölkələrdə bir sıra universitetlərin rəsmi nümayəndəsidir.

Şirkət hər bir tələbə üçün fərdi yanaşma tətbiq edir, onun bacarıq və biliyinə əsaslanaraq, tamamilə pulsuz olaraq konsultasiya, ölkə seçimi, viza dəstəyi və təhsil dövründə hər cür dəstək göstərir.

Azərbaycan ali təhsil müəssisələrinin xarici tələbələri cəlb etmək üçün maraqlarını nəzərə alaraq, "Prime Education", həmçinin ölkənin aparıcı universitetləri ilə əməkdaşlıq edir və tələbələrə universitetlərə müraciət mərhələsindən təhsilin sonuna kimi dəstək göstərir.

Xaricdəki təhsilinizi davam etdirmək istəyirsinizsə, "Prime Education" nümayəndələrinə müraciət edə bilərsiniz. Şirkətin fəaliyyəti ilə tanış ola olmaq üçün səhifələri izləyin.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər