banner
banner

Gündəm

DİN Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb

| Xəbər 1029 dəfə oxunub
DİN Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

 

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.

Araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi