banner
banner

Krİmİnal

İcra başçısının adamının işində saxtakarlıq üzə çıxdı- ölən şəxsin sənədi...

| Xəbər 2134 dəfə oxunub
İcra başçısının adamının işində saxtakarlıq üzə çıxdı- ölən şəxsin sənədi...

Dələduzluqda, vəzifə saxtakarlığında təqsirləndirilən məmur növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclasına Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində şahid qismində Umuhani Nəhmətova ifadə verib.

Şahid bildirib ki, 2012-ci ilə qədər Şəhriyar qəsəbəsinin nümayəndəliyində çalışıb, təhsili olmadığına görə işdən çıxarılıb.

U.Nəhmətova qeyd edib ki, bir müddət əvvəl əkin pulu almaq üçün idarəyə gedib: "Orada Ağaqədir müəllimlə görüşdüm, onunla uzun müddət bir yerdə çalışmışdım. Sonra Ağaqədir müəllim mənə bir kağız gətirib, onu doldurmağımı xahiş etdi. Əvvəllər bu işi bacardığım üçün Ağaqədir müəllimin xahişini yerinə yetirdim".

Dövlət ittihamçısının suallarını cavablandıran U.Nəhmətova həmin vaxt mərhum Minə Əhmədova ilə bağlı heç nə bilmədiyini deyib.

Prokuror söyləyib ki, şahid ilkin ifadəsində istintaqa bu barədə heç nə deməyib.

U.Nəhmətova isə "istəmirdim ki, Ağaqədir müəllimi tutsunlar, ona görə də heç nə söyləmədim"- cavabını verib.

Dövlət ittihamçısı məhkəmədə elan edib ki, U.Nəhmətova A.Osmanovun xahişi ilə 2008-ci ildə rəhmətə getmiş Minə Əhmədovanın ölümü ilə bağlı şəhadətnaməni boş blankda doldurub.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

Ağaqədir Osmanov həbs edilən zaman Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əvvəl isə rayonun daha bir neçə qəsəbəsində icra nümayəndəsi işləyib.

Bildirək ki, Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Osmanov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə 4 nəfər zərərçəkmiş var. A.Osmanov vətəndaşlara torpaq satacağı adı ilə onlara qarşı dələduzluq edib.

Musavat



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Gəncədə evdən oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.

Bakıda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.