banner
banner

Dünya

İndoneziyanın hakimiyyət orqanları Yava dənizində itən gəmini axtarır

| Xəbər 1803 dəfə oxunub
İndoneziyanın hakimiyyət orqanları Yava dənizində itən gəmini axtarır

İndoneziyanın hakimiyyət orqanları Yava dənizində itən gəminin axtarışlarını davam etdirir.

AZƏRTAC “Teh Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, palma yağı ilə yüklənmiş “Namse Bangdzod” adlı gəmi dekabrın 27-də Sampit limanından çıxaraq Kalimantan adasına yola düşüb.

Göyərtəsində 12 dənizçinin olduğu gəmi ilə əlaqə Cakarta yaxınlığındakı Karavanq limanının yanından keçərkən kəsilib. Yanvarın 7-də gəminin itdiyi barədə elan verilib.

Hazırda gəminin axtarışı ilə İndoneziya Fövqəladə Hallarla Mübarizə Agentliyi (Basarnas) məşğuldur. Karavanq polisi isə yerli balıqçıları axtarışlara yardım etməyə çağırıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər