banner
banner

Dünya

Trampın oğlundan qalmaqallı paylaşım

| Xəbər 1769 dəfə oxunub
Trampın oğlundan qalmaqallı paylaşım

ABŞ prezidenti Donald Trampın oğlu Donald ötən gün “İnstagram” səhifəsində qalmaqala səbəb olan paylaşım edib.

Belə ki, gənc Tramp atasının Meksika sərhədində divarın yaradılması istəyinə söz vuraraq qeyd edib:

“Niyə zooparkda əyləncəli bir gün keçirdiyinizin səbəbini bilirsinizmi? Çünki divarlar işə yarayır”.

Beləliklə, son zamanlar ABŞ-da federal hökumətin bağlanmasına yol açan Meksika divarı ilə bağlı müzakirələrin ardından oğul Trampın belə bir paylaşım etməsi diqqəti üzərinə çəkib. Sosial şəbəkə istifadəçiləri gənc Donaldin paylaşımına qarşı sərt reaksiyalar verib, tənqidlər yağdırıb. Bir izləyici prezidetin oğlunun paylaşımına cavab olaraq belə yazıb: “Doğrusu, hazırda zooparkda əyləncəli bir gün keçirmək mümkün deyil. Milli zoopark Trampın hökuməti bağlaması üzündən hazırda açıq deyil”.

ABŞ prezidenti Tramp da ötən həftə verdiyi açıqlamalarının birində qeyd etmişdi: “Zəngin, güclü və uğurlu insanlar evlərinin ətrafına divar hörür, bu baxımdan bu ölkə də bu cür qorunmağa layiqdir”. Həmçinin xatırladaq ki, prezident Tramp öz “İnstagram” səhifəsində Meksika divarını nəzərdə tutaraq öz fotosu ilə birlikdə “Divar gəlir” statusu paylaşmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər