banner
banner

Krİmİnal

1 milyon saxta rus rublunu satmaq istəyən Bakı və Gəncə sakinləri saxlanılıb

| Xəbər 1640 dəfə oxunub
1 milyon saxta rus rublunu satmaq istəyən Bakı və Gəncə sakinləri saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Baş İdarəyə Şirvan və Həsən adlı şəxslərin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər - Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev 1.000.000 saxta rus rublunu 8000 manata satmaq istəyən zaman saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış keçirilən zaman əlavə olaraq digər maddi sübutlar aşkar edilərək götürülüb.

 

Ekspertizaya təqdim edilən 500-lük banknotlardan ibarət ümumilikdə 1.000.000 saxta rubl yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əsginaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Ələkbərov və Ş.Musayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Gəncədə evdən oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.

Bakıda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.