banner
banner

Mədənİyyət

ISESCO Qüdsü 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib

| Xəbər 1187 dəfə oxunub
ISESCO Qüdsü 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Qüds şəhərini 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib.

AZƏRTAC ISESCO-nun rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Mərakeşin paytaxtı Rabatda keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildə elan olunmuş İslam Dünyası Mədəni İrsi İli çərçivəsində Qüdsdə müsəlman irsinin qorunması istiqamətində tədbirlər həyata keçiriləcək. Baş katib təşkilata üzv ölkələrin müvafiq strukturlarına müraciət edərək onları bu prosesdə fəal iştirak etməyə çağırıb. Bu kontekstdə İslam ölkələrində Qüdsə həsr olunmuş Mədəniyyət Həftələrinin keçirilməsi tövsiyə edilib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.