banner
banner

Sağlamlıq

Donuz qripinə yoluxmaq istəmirsinizsə... - Məşhur professordan VACİB XƏBƏRDARLIQ

Donuz qripinə yoluxmaq istəmirsinizsə... -

Latın Amerikası ölkələri başda olmaqla bu gün dünyada sürətlə yayılan donuz qripinə qonşu ölkələrdə yoluxanların sayı artmaqda davam edir. Qabaqlayıcı tədbirlər vaxtında görülməzsə, ölümə səbəb olan H1N1 virusundan qorunmaq üçün immun sistemini gücləndirmək lazımdır.

Milli.Az xəbər verir ki, donuz qripindan qorunmaq üçün düzgün qidalanmaq və gigiyenik qaydalara riayət etmək lazımdır. Bu qaydalara əməl etmək immun sistemini gücləndirir. İmmun sisteminə ən çox təsir edən məqamlar - qidalanma, stress və yuxudur.

Fol turşusu, B6, C, E vitaminləri, beta-karoten, sink, Omega-3 immun sistemini gücləndirmək üçün vacibdir. Bəs bu maddələri hansı qidalardan qəbul edə bilərik?

B6 vitamini - toyuq, balıq, banan, kartof, brokoli, ispanaq, quru meyvələr

C vitamin - cəfəri, bibər, kivi, yaşıl yarpaqlı tərəvəzlər, portağal

E vitamin - quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, bitki tərkibli yağlar

Fol turşusu - brokoli, quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər

Beta-karoten - kök, şaftalı, narıncı-sarı meyvələr, brokoli, ispanaq, şüyüd, cəfəri

 

Sink - dəniz məhsulları, qırmızı ət, paxlalı bitkilər

Omega 3 - Yaşıl yarpaqlı bitkilər və balıq

Bunlardan əlavə gündəlik qida rasionunuza soğan, sarımsaq, zəncəfili əlavə edə bilərsiniz. Bununla da qış aylarında bədəninizin ehtiyacı olan dəstəyi təbii yollarla əldə etmiş olacaqsınız.

Donuz qripindən qorunmaq üçün Türkiyənin məşhur həkimi, professor Canan Karatay bəzi təkliflər irəli sürüb. O bildirib ki, sağlam qidalansanız, süni, fabrik məhsulları yeməsəniz, trans yağlarla hazırlanan qidalardan uzaq dursanız xəstələnməzsiniz.

Həkim bildirir ki, zeytun yağını yandırmadan yesəniz, heç bir problem olmaz. Zeytun yağının tərkibində Omega-3 olduğunu deyən C.Karatay onu ana südünə bənzədir.

"Səhər yeməyindən əvvəl bir yemək qaşığı zeytun yağı içə bilərsiniz. Ancaq içdiyiniz yağın təbii olması vacibdir. Mütəmadi olaraq qəbul etsəniz, həm immun, həm də həzm sisteminiz güclənər". (publika.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanma keyfiyyəti gündəlik həyatımızda çox önəmlidir.

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.