banner
banner

Qadın

Gözəllik salatı. Gününüzü bu salatla başlayın!

Gözəllik salatı. Gününüzü bu salatla başlayın!

Gözəllik salatını 2-3 həftə ərzində hər gün yemək lazımdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu salat orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizləyir, insanı daha gümrah edir, arıqlamağa kömək edir, üz dərisinin və saçların vəziyyətini yaxşılaşdırır.

Gözəllik salatının resepti:

Lazım olan məhsullar:

- 3 xörək qaşığı yulaf yarması (qerkules)

- 1/2 stəkan qaynar su

- 1 yaşıl alma

- 1 xörək qaşığı kişmiş

- 2 qara qavalı qurusu

 

- 3 qaşıq qatıq

- 2 qoz ləpəsi.

Hazırlanması:

1. Axşamdan yulaf yarmasını qaynar suda isladın.

2. Səhər sürtgəcdən keçirilmiş alma əlavə edin.

3. Kişmişi və qara qavalı qurusunu yaxşı yuyun və qaynar suda 5 dəqiqə ərzində saxlayın. Kişmişi yulaf yarmasına əlavə edin. Qara qavalının çəyirdəyini çlxardın, xırda doğrayın və yulaf yarmasına əlavə edin.

4. Qozu doğrayın, əlavə edin.

5. Qatıq əlavə edin, qarışdırın. Salat hazırdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəlb edən yeməkləri soyuducuya qoyduğumuzda, bu mikroblar soyuducudakı digər qidalara da yoluxa bilər. Yenidən qızdırılan yeməklər tərkibindəki qidaların çoxunu itirir.

Bu xəbəri yalnız xanımlar OXUSUN

“Bakı Metropoliteni” QSC qatar maşinisti olmaq istəyən, həmçinin qərar vermək üçün tərəddüd edən xanımlara yeni fürsət imkanı yaradır.

Dekabrda bu üç bürcün pulu aşıb-daşacaq

Astrologiya hamının izlədiyi bir sahədir. Artıq insanlar gün ərzində yataqdan qalxmadan ulduz falı oxuyurlar. Beləliklə, o, günə qoroskop şərhinə uyğun olaraq başlayır. Astroloqlar bürclərə və onların yüksəlişlərinə çox həssasdırlar. 12 bürc arasında dekabrı zəngin başa vuracaq və sözün əsl mənasında pul qoymağa yer tapmayacaqlar açıqlanıb.