banner
banner

Gündəm

Ölkədə hava həyəcanı - məktəblər və uşaq bağçaları bağlandı

Ölkədə hava həyəcanı -

Yanvar ayının 17-də Azərbaycanda  gözlənilən ifrat təhlükəli hidrometeroloji hadisə baş verəcək. Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumatda bildirilir ki, yanvarın 17-si və 18-də şimal - qərb küləyi 20-25 metr saniyəyə, arabir 30-35 metr saniyədək güclənəcək. Açıq dənizdə isə küləyin sürətinin arabir 38-40 metr saniyəyədək şiddətlənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı gözlənilir. Məlumata uyğun olaraq, gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, əsas meyar küləyin maksimal sürətinin saniyədə 30 və daha çox olmasıdır: “Bu Xəzər dənizinin akvatoriyasına aiddir. Dalğanın hündürlüyünün 6-8 metr və daha çox olması meyarlara görə ifrat təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir. Qurumdan edilən xəbərdarlıqda əhalinin diqqətli olması, yaşlıların və uşaqların nəzarətsiz şəkildə çölə çıxmaması tövsiyə olunur.

 

Umayra Tağıyeva ile ilgili görsel sonucu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında və Milli Hidrometeorologiya Departamentində qərargahlar yaradılıb. Qərargahlar müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar - yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə məlumatlar canlı və yazılı veriləcək.

Təhsil nazirini ile ilgili görsel sonucu

Təhsil nazirinin əmri ilə

hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində  təlim-tərbiyə prosesi dayandırılıb.

“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev ile ilgili görsel sonucu

“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu gün bütün qazanxanalar  fasiləsiz rejimdə işləyir: “Rəhbər şəxslərdən təşkil olunmuş növbətçilik  əsasında iş qrafiki tətbiq olunub. Biz hər zaman çalışırıq ki, ən sərt payız-qış mövsümünə hazır olaq və bizim sistem havaların sərt keçməsinə dayanıqlı olsun. Bütün qabaqlayıcı tədbirlər görülür. Ətraf mühitin temperaturundan asılı olaraq qazanxanalardan  verilən istiliyin temperaturu tənzimlənir. Sadəcə, qazanxananın böyüklüyündən, kiçikliyindən, xidmət zonasına daxil olan yaşayış binaları və sosial obyektlərin sayından asılı olaraq bu tənzimləmələr aparılır. Bizim 956 nömrəli çağrı mərkəzi 24 saat ərzində fəaliyyət göstərir. Mərkəzi dispetçer  xidməti də 24 saat ərzində fəaliyyət göstərəcək”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ile ilgili görsel sonucu

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də  qeyd etdi ki, kəskin dəyişəcək hava şəraitinə uyğun hazırlıq işləri görülüb: “”Azərişıq" ASC  nəinki hava şəraitinin kəskin dəyişməsi, adi iş və bayram günlərində də yüksək səviyyədə xidmət həyata keçirib, əsas məqsədimiz abonentləri dayanıqlı və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Hava haqqında məlumat bizə də daxil olub, bizim qurumun rəhbərliyi həm Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrində, həm  də regionlarda əməkdaşlarımızın növbətçilik əsasında iş rejiminin təşkil olunması üçün sərəncam imzalayıb. Dünəndən etibarən artıq bu sərəncam qüvvədədir. Bu gün ölkə boyu hər yerdə fasiləsiz enerji təminatı var. Bu hava da  bizim energetikləri qorxutmur. Qabaqlayıcı tədbirlər görülüb. Əlavə materiallar, maşın mexanizmlər hazır vəziyyətə gətirilib. Əsasən də ucqar rayonlarda elektrik xətlərinin keçdiyi ərazilərdə meşə sahələrində ağacların budaqlanmasına qədər işlər aparılıb. Bizdən asılı olmayan səbəblərdən hər hansı problem yaranarsa, əməkdaşlarımız onun operativ qaydada aradan qaldırılmasına hazırdır".

İbrahim Kərbalayev ile ilgili görsel sonucu

“Azəriqaz” İB tərəfindən də gücləndirilmiş iş rejiminə keçirilib. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, havanın kəskin soyuduğu və temperaturun kəskin aşağı düşdüyü günlərlə əlaqədar “Azəriqaz” İB tərəfindən zəruri tədbirlər həyata keçirilir: “ Birliyin 104 və 185 nömrəli çağrı mərkəzinin fəaliyyəti gücləndirilib. O cümlədən həmin günlərdə respublika  üzrə qaz təchizatında planlaşdırılan işlər təxirə  salınıb. Yalnız qəza hallarının aradan qaldırılması üçün hər hansı iş aparıla bilər. bunun bağlı qurumun təmir-tikinti idarəsinin işçi heyəti lazımi maşın-mexanizmi və avadanlıqlarla tam təchiz edilib. Havalar soyuduqca  təbii qaza olan tələbat da artır və tərəfimizdən  qaz verilişi də artırılır”.

Anar Nəcəfli ile ilgili görsel sonucu

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri  Anar Nəcəfli də “Yeni Müsavat”a bildirdi ki,  Bakı şəhərində 300-ə yaxın maşın mexanizmi yolların təmizlənməsi üçün hazır vəziyyətə gətirilib: “Bakı şəhərindən fərqli olaraq regionlarda qış özünü çox sərt büruzə verir. Rayonlarda qarın yağması, yolların buz bağlaması halları baş verir, dərhal həmin əraziyə əməkdaşlarımız cəlb olunur və problem qısa müddətdə aradan qaldırılır. Rayonlarda 700-ə yaxın maşın-texnika hazır vəziyyətdədir. Yolları nəzarətdə saxlayırıq, xüsusən də ucqar ərazilərdən keçən yolları. Bakı şəhərində isə 300-ə yaxın maşın mexanizmi hazır vəziyyətdədir. Hər hansı problem yaranarsa, dərhal yollara maşın-mexanizm çıxarılacaq, problem aradan qaldırılacaq”.

Paşa Kəsəmənski ile ilgili görsel sonucu

Azərbaycan Hava Yollarının mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski də “Yeni Müsavat”a açıqlamasında  bildirdi ki, hazırkı vəziyyətə görə hər şey cədvəl üzrə qurulub: “Əgər həqiqətən də uçuşları təxirə salmağa ehtiyac olarsa, yerindəcə qərar veriləcək və o zaman operativ halda məlumatı paylaşacağıq.  Ancaq hələ ki heç bir uçuş təxirə salınmır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsinin zəruriliyini xatırladıb. 

Nazirlikdən “Yeni Müsavat”a verilən məlumata görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək. Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər. Bu məqsədlə müvafiq qərargah da yaradılıb.

Mehman Sadıqov ile ilgili görsel sonucu

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə “Yeni Müsavat”a deyib ki, hava ilə əlaqədar hər hansı məhkəmə prosesi təxirə salınmayacaq: “İstər hava şəraiti, istərsə də digər məsələlərlə bağlı biz həmişə ehtiyat tədbirləri həyata keçiririk. Hava şəraiti ilə bağlı isə hər hansı problemin yaranacağını gözləmirik. Bütün tədbirlər görülüb, təxirə salma olmayacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.